“Eurovision”ın finalçıları bəlli oldu – Siyahı

11.05.2018 - 13:05

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilib.

Musavat.com xəbər verir ki, Norveç, Rumıniya, San-Marino, Serbiya, Danimarka, Rusiya, Moldova, Niderland, Avstraliya, Gürcüstan, Polşa, Malta, Macarıstan, Latviya, İsveç, Monteneqro, Sloveniya və Ukrayna təmsilçiləri öz performansları ilə final uğrunda mübarizə aparıb. Onlardan Serbiya, Moldova, Macarıstan, Ukrayna, İsveç, Avstraliya, Norveç, Danimarka, Sloveniya, Niderland finala keçə bilib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Aysel Məmmədova birinci yarımfinalda çıxış edib. O, məşhur yunan bəstəkar-prodüser Dimitris Kontopulos və isveçli bəstəkar Sandra Byurmanın müştərək əsəri olan “X my heart” adlı mahnını səsləndirib, lakin finala vəsiqə qazanmayıb.

Müsabiqənin final mərhələsi mayın 12-də baş tutacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=118689

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728