Britaniyada energetik içkilərə CİDDİ QADAĞA – FOTO

30.08.2018 - 12:12

Britaniyanın baş naziri Tereza Mey həkimlərin, medianın, siyasətçilərin və ictimai xadimlərin çoxsaylı müraciətlərindən sonra ölkədə energetik içkilərin satışına ciddi məhdudiyyətlər tətbiq etmək niyyətindədir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, yeni qərara görə, Britaniyada 18 yaşına çatmamış şəxslərə energetik içkilərin satışı tam yasaqlanacaq.

Britaniya Səhiyyə Nazirliyinin hesabatında bildirilir ki, energetik içkilərin tərkibində həddən ziyadə kofein və şəkər olduğundan insanda piylənməyə, sinir-əsəb sisteminin pozulmasına, depressiyaya, sonsuzluğa və yuxusuzluğa səbəb olur.

Gündə 1 banka energetik içki içən insanlarda mütləq halda mədə-bağırsaq sisteminin pozulması, ürək-damar sistemində çatışmazlıqlar, oynaqlarda qığırdaqların yumşalması olur.

Gündə 2 banka energetik içki içənlərin qarşılaşdıqları “ən kiçik” problem isə onikibarmaq bağırsaq və mədə xoraları, keçəlləşmə, tənəffüs və qida sistemində fəsadlardır.

Britaniyanın ən məşhur aşpaz və kulinarlarından olan Ceymi Oliver də energetik içkilərin satışının maksimal dərəcədə məhdudlaşdırılmasını tələb edir.

Xatırladaq ki, 250 ml-lik bankadakı energetik içkidə təqribən 80 mq kofein olur. Bu, 3 banka Coca-Coladakı kofeinin miqdarına bərabərdir.

Energetik içkilərdə şəkərin miqdarı isə qazlı sərinləşdirici içkilərdən 3 dəfə çoxdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=122088

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728