Vəfat edən 14 yaşlı məktəblinin ölümünə “Hell” səbəb olubmuş – İDDİA

27.09.2018 - 15:44

Vəfat edən 14 yaşlı məktəblinin ölümünə “Hell”in səbəb olduğu açıqlanıb.

Minval.İnfo xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə Goranboy rayonunun Qaraçinar kəndində 14 yaşlı bir məktəbli vəfat edib.

Mütəmadi olaraq idmanla məşğul olduğu deyilən yeniyetmənin ölüm səbəbi haqda sosial şəbəkədə məlumat paylaşılıb.

Cəsəd ekspertiza üçün Bakıya gətirildikdə yeniyetmənin qanında yad maddələr aşkarlanıb. Məlum olub ki, uşaq hər gün 2 ədəd “Hell” (enerjisi içkisi) içirmiş.

Bir müddət əvvəl kardioloji uzmanı Yalçın Velibey də yerli mediaya açıqlamasında bildirib ki, son zamanlar daha çox uşaqlarda və gənclərdə bu içkilərə bağlı olaraq ciddi aritmiyalar və ani ölümlər ortaya çıxır: “Kardioloq olaraq işlədiyim kardioloji mərkəzdə enerji içkisi qəbul etdikdən sonra ciddi aritmiyaların ortaya çıxdığı və ya anidən ölən onlarca xəstə gördüm. İnsanlar bu içkiləri enerji verdiyi, oyaq tutduğu, konsentrasiyanı və atletik performansı artırdığını düşündükləri üçün içirlər. Ancaq çox təəssüf ki, bu içkiləri içən insanlar  bilmədikləri təhlükələrdən xəbərsizdirlər. Bu içkiləri daha çox gənclər içsələr də,  hər yaş qrupundan olan insanların bu içkilərə aludə olduğunu söyləmək mümkündür. Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, çox sıx enerji içkisi içmək insanlarda daha sonra həm spirtli içkilərə, həm də marixuana və siqaretə  meyilliliyi artırır. Daha bir təhlükə: son zamanlar enerji içkilərinin həm idmanla məşğul olan zaman, həm də spirtli içkilərlə birlikdə qəbul edilməsi halları da get-gedə artır. Enerji içkiləri qan təzyiqini və nəbzi yüksəldir, ürək damarlarının büzülməsinə, ürəyin qidalanmasının azalmasına, infarkta, qan laxtalanma qabiliyyətinin artmasına, əllərdə titrəməyə, yuxusuzluğa, əsəbiliyə, ürək bulanma və qusmaya, ciddi aritmiyalara və hətta ani ölümə səbəb olur. İdmanla məşğul olmazdan öncə və ya idmandan sonra enerji içkisi içən insanlarda ciddi aritmiyalar və ani ölüm halları get-gedə artmağa başlayıb. Ona görə də enerji içkiləri idman zamanı qətiyyən qəbul edilməməlidir. Hamilə qadınlar, uşaqlar, şəkərli diabet və ürək-damar xəstələri bu içkiləri qətiyyən içməməlidirlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123010

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031