Mənsimovdan elmimizə dəstək: “4 il öncəki xəbərdarlıq…

16.11.2018 - 15:44

 

 

 

 

 

 

 

 

Hələ də yayınlanmayan 6 tomun sponsoru tapılmadı. Dünən də Mark deyir ki, ” Göndərilərin 180.000 dəfə Bəyənildi. Bəlkə, Mübariz Mənsimov bəyi tanıyanlardan biri bu vəziyyəti ona bildirsin…” Professor, keçmiş təhsil naziri , tarixçi Firudin Cəlilov bu sözleri “9 İqlim” kitabıyla bağlı feyzbukda etdiyi paylaşımında yazıb.

Onun bu paylaşımına xeyli sayda rəy yazılıb. Türkiyədə yaşayan jurnalist Nigar Ögeday da iş adamı, xeyriyyəçi, daim millətinin yanında olan Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovu paylaşımında işarələyərək “Dəyərli Firudin hocam, əminəm Mübariz Mənsimov bunu görərsə mütləq kömək edər. O başqaları kimi deyil. Xalqın xeyirinə olan hər şeyə yardım edir” yazıb.

Çox keçmədən Mübariz Mənsimov müraciətə dolğun cavab verib: “Dəyərli ustadım və qardaşım, sizin kimi dəyərli insanların hər zaman yanındayam. . inşallah, sabah sizinlə mütləq əlaqə saxlayacam”. Mənsimov Nigar Ögedaya da onu məlumatlandırdığı üçün ayrıca təşəkkür edərək belə bir şərh yazıb “Dəyərli bacım, çox, həm də çox minnətdaram.

Bu yazdıqlarınız hamısı sizlərin tolerantlığının nəticəsidir. Biz heç nə etmədik. Birinci növbədə sizin kimi zərif düşüncəli bacımıza minnətdar olmalıyıq. Sizlər bu işlərdə vasitəçi olmaqla ən böyük savab işi görmüş olursuz. Allahım sizləri qorusun , gözəl və sağlam ömür bəxş etsin. İnşallah”

Eyni zamanda dəyərli alimimiz Firudin Celilov da vəsilə olduğu üçün Nigar xanıma öz sehifəsində təşəkkür edib. Xatırladaq ki, iş adamı Mənsimov bu günə qədər minlərlə Azərbaycanlı və Türkiyə vətəndaşı olan ehtiyac sahiblərinə qarşılıq gözləmədən yardım edib.

Şəhid ailələri, Qazilər, sosial vəziyyəti ağır olan ailələr daim bu qeyrətli vətən oğlunun diqqətindədir. Mənsimov bu addımıyla Azerbaycan elminin də yanında olduğunu təsdiqləyib. Media olaraq dəyərli iş adamımıza bu örnək addımından dolayı təşəkkür edirik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124664

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930