Mehriban Ələkbərzadə yenidən Musiqili Teatrda

21.11.2018 - 17:42

Azərbaycan Dövlət Musiqili Teatrında Bolqar yazıçısı Stanislav Stratiyevin “Avtobus” pyesi əsasında “Çarəsiz sərnişinlər” tamaşası hazırlanır.
Teatrdan Cumhuriyyet.net-ə bildirilib ki, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa janr etibarı ilə alleqorik, eksentrik və ya təxəyyül komediyasının xüsusiyyətlərini daşıyır. Qeyd edək ki, bu əsər “Nuri-didə Ceyhun” tamaşasından sonra rejissorun Musiqili Teatrda ikinci işi olacaq.

“Qeyri-adi süjet xəttinə malik olan “Çarəsiz sərnişinlər” tamaşası klassik teatr üslubunda deyil, daha çox immersiv forma, sosial modifikasiya üzərində qurulan, müxtəlif elementləri özündə cəmləşdirən liderşpildir. Bütün zamanlar və insanlar üçün mübhəm məqamlar var. Ən son, kritik anda sənin içində kimlər varmış? Arxiteplər meydan sulayır. Beləliklə, insanın kimliyi ekstremal vəziyyətdə meydana çıxır. Stratiyevin bu məşhur əsəri əslində bütün dövrlər üçün müasirdir. “Yolçuluq”, “Sərxoş gecə”, “Çıxış yolu” adlanan 3 hissədən ibarət olan tamaşada hadisələr avtobusun içərisində cərəyan edir. Məcburiyyət qarşısında bir araya toplaşan sərnişinlər qəfildən duyuq düşürlər ki, naməlum istiqamətə gedən avtobusu idarə edən sərxoş bir sürücünün iradəsindən asılı bir vəziyyətdə qalıblar. Bəlli olmayan ünvana, məqsədi və məramı aydın olmayan sürücü ilə eyni avtobusda, eyni taleni yaşamağa məhkum olan sərnişinlər çarəsiz halda həyatın bu sürprizinə “sağ qalmaq” naminə sonadək müqavimət göstərirlər. Sərxoş bir sürücünün əlində əsir olmuş çarəsizlər bu “sınaq səhnəsində” hansı Arxetiplərin mücəssəməsidir? Bax, bu özünütanımadır…

“Çarəsiz sərnişinlər” musiqili tamaşadır. Burada səsləndiriləcək musiqilər kənardan müşaiyət formasında deyil. Musiqiçilər həm də obraz olaraq səhnədə qrup şəklində iştirak edəcəklər. Tamaşanın mərkəzində zamanın ritmindən çıxan, bir növ kənara düşən iştirakçı məhz, musiqi pauzasında özünü təqdim edir”-deyə M. Ələkbərzadə bildirib.

Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev (Virtuoz), Əməkdar artistlər Əzizağa Əzizov (Kəndçi), Ələkbər Əliyev (Ağılsız), Şövqi Hüseynov (Ağıllı), Əkbər Əlizadə (Məsuliyyətsiz), aktyorlar Əliməmməd Novruzov (Ər), Ülviyyə Əliyeva (Arvad), Aydan Həsənova (Qız), Nicat Həbibov (Oğlan) ifa edəcəklər. Tamaşanın musiqi tərtibçisi və quruluşçu dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124798

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930