Elzadan Nazpəriyə: Dabanı çirkli…

06.12.2018 - 11:59

Xalq artisti Nazpəri Dostəliyeva ilə əməkdar artist Elza Seyidcahan arasında “Azərbaycanın səsi” yarışmasında yaşanmış qalmaqal getdikcə böyüyür. Veriliş zamanı iki münsif arasında baş vermiş gərginlikdən sonra Dostəliyeva “Mən bazar adamları ilə otura bilmərəm” deyərək, yarışmanı tərk edib.

Mövzu ilə bağlı Elza Seyidcahanın Kult.az-a göndərdiyi yazısını təqdim edirik:

Həyatımızda xeyli sevinməli-şadlanmalı günlərimiz var… Amma nə edək ki, bəzilərinə görə Elzalığımdan çıxıb, onların saxtakarlıqlarını demək məcburiyyətində qalıram.

Sənəti olmayan şəxsiyyətsiz sənəti olan şəxsiyyətə iftira atır. Bax bunu olduğu kimi açıqlayacağam. Sübutlarım arxivimdədir.

Mən Konservatoriyanın Bəstəkarlıq fakültəsinin ikinci kursunda oxuyanda ustad sənətkar, dünya şöhrətli Alim Qasımovla xalq şairimiz Nüsrət Kəsəmənlinin “İnsafsız gözəl” sözlərinə bəstələdiyim mahnımızın məşqlərinə başlamışdım. O ərəfədə Nüsrət Kəsəmənlinin sözlərinə bəstələdiyim “Qadasın aldığım” mahnımı da, fikirləşdim ki, “palatka” toylarından səhnəyə yeni gələn Nazpəri Dostəliyeva oxusun. Onu unudulmaz bəstəkarımız Ramiz Mirişlinin “Yarımı – sevdamı gördüm, Allah” adlı mahnısından tanımışdım.

Mən də Nüsrət Kəsəmənliyə dedim ki, istəyirəm, bu mahnını Nazpəri Dostəliyeva oxusun. Nüsrət müəllim dedi ki, o kimdir, tanımıram. Zeynəb Dostəliyeva eşitmişəm, çox yaxşı oxuyur, amma Nazpərinin adını birinci dəfədir eşidirəm. Dedim, yox, bu da pis oxumur. Nəsə, onları tanış elədim, qovuşdular bir-birinə. Mahnını oxudu. Mahnı yeni tərzdə bəstələnmiş olsa da, hamı şedevr əsər olduğunu dedi. İlk dəfə mahnı və xalq rəqsi janrını sintez etmişdim. Konservatoriyada musiqiçilər arasında xeyli müzakirə olunmuşdu.

Mən iki körpə balamı evdə qoyub, məşqlərdə, studiyalarda, çəkilişlərdə qızıl kimi vaxtımı itirirdim. Onda Biləcəridə, anamın himayəsində yaşayırdım. Nazpəri ona mahnımı bağışlamağıma rəğmən, mənə 1 manat belə vermədi. Heç mən də özümə sıxışdırıb pul istəməmişəm.

Yalandan deyirsən ki, mən Əməkdar artisti idim, Elza onda qorxa-qorxa qapımdan girdi ki, mahnımı oxu, tanınım.

Ay saxtakar!

Mən onda artıq dahi bəstəkarımız Arif Məlikovun Bəstəkarlıq sinfində 3-cü kursda oxuyurdum. Dövlət Televiziya kanalımızda üçhissəli fortepiano sonatamı ifa edirdim. Gənc ikən tələbələrimlə “Sübh şəfəqləri”, “Ələkbər əmi” kimi verilişlərdə çıxışlar edirdim. Bunu sübutlarla ona görə yazıram ki, gülməli də olsa, qondarma doktorantura müdafiəçisi, “professor” xatırlasın ki, yalan ayaq tutar, amma yeriməz!

Artıq məni Arif Məlikovun istedadlı tələbələrindən biri kimi tanımağa başlamışdılar. Mən Nazpəriyə zəng edəndə, o artıq məni tanıyırdı. Dedi ki, baxmışam, görmüşəm səni verilişdə, gəl bizə, mahnıya baxım.

Gəlib qapını döydüm, bir kök, boğazı sarıqlı qadın qapını açdı. Soruşdum ki, Nazpəri xanımı olar? Dedi ki, mənəm də. Makiyajsız idi, onu tanıya bilmədim. Gəlib pianoda mahnını ifa edib göstərən kimi az qala ürəyi getdi, çox bəyəndi.

Toylar əldən gedirdi deyə, hücum çəkdi əziz bacım Könül Kərimovanın üstünə ki, ver Cabbar Musayevi, qaytar mənə o illəri. Özüm “Nə olar Allahım, ayırma bizi” hayqırtısının şahidi oldum.

Bir dəfə rayonda, dövlət tədbirində idik. Mən də Könül bacımın maşınında getmişdim. Az qala, Nazpəri saçyolduya keçəcəkdi onunla. Könül bacım da onun cavabını yaxşıca verdi.

Həəə… İndi siz deyin mənə, Samiraldo demiş, ay mənim canlarım! Bəstəkar mahnı verəndə niyə qorxa-qorxa gəlməlidir ki?

Elza Seyidcahan ali savadlı, iki uşaqlı pak bir anadır. Sən isə diplomsuz, adsız, qiyməti “kafi”dən aşağı məzun idin.

Mən ona mahnımı təqdim edəndə adı ancaq “palatka” toylarında tərif oxuyub, şabaş, konfet qazanan, ayaqyalın oynayan biri kimi çəkilirdi (ona görə də “dabanı çirkli müğənni” deyirdilər).

Nazpəri Heydər Əliyev Sarayındakı ilk solo konsertinə mənə dəvətnamə yollamadı. Halbuki onda iki mahnımı oxuyurdu. Zəng elədim ki, bəs dəvətnamə? Həmişəki kimi şit-şit, məntiqsiz cavab verib, üzümə “adboy” etdi.

Eqoistliyindən canlı yayımda məni vurmaq istəyirsən. Amma daş fırlanıb gəlir dəyir plastik əməliyyatla dolu sifətinə.

Tələbələri üstümə qaldırmaq istəyirsən?

Zaur və Günayın verilişində pafoslu çıxışında deyirsən ki, uşaqlar bura müvəqqəti gəliblər. Bura məgər uşaq baxçasıdır ki, onları aldadıb yola salaq? Biz onlara doğru-dürüst, dəyərli məsləhətlər verməliyik. Onlar müvəqqəti deyillər, gələcəkləri qarşıdadır. Sən əcnəbi ifaçıları tanımırsan, Azərbaycan mahnılarının bəstəkarını, şairini doğru-düzgün bilmirsən. Canlı yayımda Cahangir Cahangirovun “Aylı gecə” romansına deyirsən ki, Vasif Adıgözəlov bəstələyib. Mən isə sənin ayıbını örtdüm, susdum. Qulağına pıçıldadım ki, Cahangir Cahangirovun əsəridir. Efirə yaraşmayan tərzdə, qəhqəhə çəkib, yüngülcəsinə gülürsən. Bax bunu çox professional edirsən. Bu gülüşlərin sənin ayıblarına çox yaraşır. Çünki çörək verənini arxadan vuraraq, ortalıqda “mədəniyyət kaşası” bulamaq həqiqətən də ürəkbulandırıcıdır.

Əvvala, sementqarışdıran bir obraz olaraq geyimini demişəm. Səndən fərqli olaraq, qızımızın repertuarını, ifasını çox bəyənmişəm. İstəmişəm mahnısına uyğun səhnə libası olsun. Sementqarışdıran zəhmətkeş bacı-qardaşlarımın əllərindən öpərəm mən. Sənin kimi çəpik çalıb qaqqıldaya-qaqqıldaya tənə edib, murdar-murdar gülmürəm ki!

Səndə heç qadın həmrəyliyi yoxdur, nəinki sənət həmrəyliyi. Təhqirə qalsa, sənin iri-iri, görməmiş-görməmiş, sallaya-sallaya gəzdirdiyin bahalı daş-qaşlarını elə sənə bazar adamları alıb da. Dediyin kimi, Moskvadakı bazarın pullarıdır hamısı. Onlar hamısı zəhmətkeş, savadlı, ağıllı, əqidəli, haqqı dəyərləndirən insanlardır!

Dedin ki, “bazar adamlarının yanında qalmaq istəmirəm”. Sən özün heç bazar adamlarına layiqsən ki? Beş ildir “Azərbaycanın səsi” yarışmasında qalib münsifəm. Pis müəllim qalib olar? Ötən yarışmada fitri istedada malik tələbəm İsmayıl qalib olanda, dilucu belə olsa, nə məni, nə də uşağı paxıllığından təbrik etdin. Kreslonun arxasından elə vızıldayıb getdin ki, heç izin də qalmadı. Bir azərbaycanlı balasıdır e, ay “mərhəmətli”, “səxavətli” Nazpəri! Maşallah, paxıllıq tökülür ətəklərindən.

Xalqımızın gözəl sənətkarı, insanlığı, səs tembri ilə hörmət qazanan Zeynəb xanım Dostəliyevaya xatir, bir balaca sən cıran pərdəni “tikdim”. İndiyə qədər bacıyla bir duet belə oxumayan, onun efirə çıxmasına qadağa qoyan şəxs tələbələrinə nə edəcək ki? Sənətdə olan bacıları da görürük, səni də. Biz hamımız bilirik ki, Dostəliyeva soyadı Zeynəbə yaraşır.

Bütün tələbələrim mənim fəxrimdir. Sən isə mənim ən pis tələbəmsən!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125306

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930