ABŞ İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıyıb
ABŞ prezidenti Donald Tramp İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıyan sənədə imza atıb. ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bəyannamə İsrailin baş naziri Binyamin Netanyahunun iştirakı ilə imzalanıb.
“Bu, bir neçə onilliklər əvvəl baş verməli idi”, – Tramp belə deyib. Onun sözlərinə görə, İsrail özünü təhlükədən qorumaq üçün 1967-ci ildən Qolan yüksəkliklərinə nəzarəti əlində saxlayır. O qeyd edib ki, indi isə İsraili İrandan və Suriyadakı terror qruplaşmalarından, eləcə də “Hizbullah”dan qorumaq lazımdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=127579