“Qolanı İsrail ərazisi deyil, işğal olunub”: Avropa, Rusiya, Çin Trampın qərarına qarşı

28.03.2019 - 01:40

«AzPoitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa diplomatiyasının başçısı Federika Moqerini bildirib ki, Brüssel Qolan təpələrinin İsrail ərazisi olduğu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) məlum qərarını dəstəkləməkdən imtina edir. Belə ki, Suriya buranı özünün «işğal olunmuş» ərazisi hesab edir.
Onun sözlərinə görə, bu barədə qərar beynəlxalq hüquqa uyğun olaraq və BMT TŞ-nın 242 və 497 saylı qətnamələri əsasında qəbul olunub və ona görə də dəyişməz qalır. Avropa İttifaqının (Aİ) üzvlüyünə iddiaçı olan Türkiyə dövlətinin prezidenti Rəcəb Tayyib Ərdoğan da Qolana yönəlik ABŞ prezidenti Donald Trampın mövqeyini pisləyib.
Türkiyə lideri xatırladıb ki, TŞ-nın 1967-ci il tarixli qətnaməsi Suriyanın Qolan üzərində suverenliyini təsdiqləyir ki, Rusiya, Çin, Aİ və bir çox ölkələr də bununla razılaşıblar. «Aİ bununla razı deyil, İslam Əməkdaşlq Təşkilatı da. Rusiya, Çin razı deyil, Təhlükəsizlik Şurası da razı deyil. Məgər, belə mümkündürmü? Biz, hansı dünyada yaşayırıq?» – deyə, TRT telekanalı Ərdoğandan sitat gətirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=127694

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728