Qarabağdan Ermənistana ilk atəş açıldı – MÜHARİBƏ ANONSU

30.05.2019 - 00:43

Ermənistanda dünən keçirilən Respublika Günü tədbirələrinə Qarabağdakı işğal rejiminin təmsilçiləri qatılmayıb. Erməni KİV-ləri Nikol Paşiyanın oğlunun hərbi xidmət yerini Qarabağdan Ermənistana dəyişməsi xəbəri fonunda bunu Qarabağ klanı ilə Ermənistan baş naziri arasında gözlənilən müharibənin ilk atəşi kimi dəyərləndiriblər.

Məsələn, Ermənistanın populyar analitka portalı “Lragir” Qarabağdakı işğal rejiminin rəhbəri Bako Saakyanın İrəvandakı tədbirə qatılmamasını çox narahatlıqla qarşılayıb. Portal işarə vurub ki, Qarabağ klanın nüfuzlu siması olan Bako Saakyanın İrəvandakı tədbirə gəlməməsi Nikol Paşinyanın onu dəvət etməməsi ilə bağlı ola bilər. Hər halda, Robert Koçaryanın məhkəmə yolu ilə azadlığa çıxarılmasında əsas rolu oyanyanlardan biri Bako Saakanyandır.

Amma işğal rejimin təmsilçilərinin elə “Lragir”ə verdiyi açıqlamadan belə görünür ki, tədbirə gəlməkdən Qarabağ klanı təmsilçilərinin özləri imtina ediblər. İddia ediblər ki, bəs, həmin vaxt ATƏT-in Minsk qrupunun təmsilçiləri Xankəndidə olub. Yəni aydın olur ki, dəvətnamə olub, amma Bako Saakyan bəhanə taparaq ora getməyib. Əslində, Koçaryanın həbsdən azad edilməsindən sonra Qarabağ klanının təmsilçisi olan general Vitali Balasanyanın İrəvanda təhqiramiz şəkildə saxlanıb, buraxılmasından sonra işğal rejimi artıq ümidini Moskvaya bağalyıb. Moskvada da onları müdafiə edən müəyyən dairələr tapılıb və onların içində KİV təmsilçiləri yetərincədir.

Erməni KİV-lərinin yazdığına görə, Rusiyadan bir sıra tanınmış jurnalistlər, o cümlədən “Regnum”un baş yazarı Modest Kolerov və şərhçisi Stanislav Tarasov Xankəndiyə gedərək ümidləri Moskva ilə inteqrasiyaya bağlamağı təbliğ edirlər. Məhz bu cür jurnalistlərin birgə yazdığı və “Komsomolskaya pravda”da dərc olunmuş məqalədə Nikol Paşiyanın ünvanına bir sıra ittihamlar səsləndirilir. Məqalədə iddia edilib ki, Paşinyan Dağlıq Qarabağın müstəqilliyini tanımadığana görə, onun “sakinlərinin” ümidlərini doğrultmayıb.

Aydın görünür ki, Qarabağ klanı Moskvanın himayəsi altında Nikol Paşiyana qarşı sərğt addımlar planlaşdırır. Məqsəd qərbin sərmayəsi ilə hakimiyyətə gəlmiş baş nazirin Ermənistana nəzarəti tam təmin etməsinin qarşısını almaqdır. Bunun isə bir yolu var və 1997-ci ildə Levon Ter-Petrosyanı hərbi çevirilişlə hakimiyyətdən salmış Robert Koçaran həmin yolu yaxşı bilir. İndi həbsdən çıxmış Koçaryanın və onun silahdaşı, hazırda Qarabağda olan Serj Sarkisyanın rəhbər göstərişləri ilə klanın faktiki rəhbəri Bako Saakyan həmin yolu təkrarlaya bilər. (veteninfo)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128673

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930