Qarabağda idman separatizmi: tanınmamış “dövlət”lər arasında “çempionat”

30.05.2019 - 12:05

Şənbə günü Dağlıq Qarabağda tanınmamış dövlətlər arasında Avropa Çempionatı başlayır. Bu haqda “Der Tagesspiegel” nəşrinin jurnalisti Marko Tsşik yazıb.
Turniri Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası (ConIFA) təşkil edir. Futbol ittifaqı milli azlıqlara, qeyri-müəyyən statuslu regionlara yarışlarda iştiraka şərait yaratdığını bildirir. Çempionatda Sardiniya, Nitsa qraflığı, Abxaziya və Cənubi Osetiya da oynayacaq. Dağlıq Qarabağ komandasının 61 yaşlı baş məşqçisi Slava Qabrielyan deyir: “Bu turnir bizim üçün kiçik arzudur”.
Qəzet yazır: “Sovet İttifaqı dağılandan sonra Azərbaycan və Ermənistan dağlıq ərazi uğrunda müharibəyə başladı. Yüzminlərlə adam qaçmalı oldu. Ermənilər Azərbaycandan, azərbaycanlılar Ermənistandan. Müharibə anlamında 1993-cü ildə Ermənistan qalib gəldi və belə demək mümkündürsə, Qarabağ ətrafında təhlükəsizlik zonasını ələ keçirdi. O vaxtdan kövrək atəşkəs rejimi müəyyənləşib, amma təmas xəttində hələ də insanlar ölür. 1991-ci ildə Dağlıq Qarabağ formal müstəqilliyini elan edib. Halbuki bunu yalnız Ermənistan tanıyıb. Beynəlxalq nöqteyi-nəzərindən bu ərazi Azərbaycana aiddir. Futbol klubu da FİFA-ya aid deyil, buna görə rəsmi yarışlarda iştirak edə bilmir”.
Tsşik qeyd edir ki, 150 min əhalisi olan region üçün bu yarış şans sayılır. Təşkilatçılar əsasən yerli tamaşaçıları gözləyir, amma qondarma respublikanın daxili işlər nazirliyi 3-4 min əcnəbinin gəlişinə ümid edir. Bura daha çox Ermənistandan gələ biləcək adamları daxil etmək lazımdır: “Dağlıq Qarabağ ümid edir ki, turnir bölgədə turizmin inkişafına təkan verəcək, beynəlxalq diqqət olacaq: region özünü qonaqpərvər və açıq ölkə kimi təqdim etmək istəyir”.
Sərhəddə turist vizaları pulsuz verilir. Amma qəzet yazır ki, ora yetişmək asan deyil. Yerevanın ən yaxın hava limanından Qarabağa iki dağ yolu var, regiona ən yaxşı halda 6 saata çatmaq olur. 2011-ci ildən Xankəndidən aeroport fəaliyyət göstərir. Amma heç bir sərnişin təyyarəsi buranın xidmətindən istifadə etmir. Almnaiya qəzeti yazır ki, aeroport Azərbaycanın hava hücumundan müdafiə sistemi üçün əlçatan olduğundan ermənilər narahatdır. Hər an təyyarə vurula bilər.
Azərbaycanın Berlindəki səfirliyi artıq ConIFA-ya çempionatın keçirilməsi ilə bağlı şikayətinni çatdırıb. “Der Tagesspiegel” yazır ki, 12 iştirakçı arasında Rusiyanın Ukraynanın şərqində yaratdığı qondarma Donetsk və Luqansk respublikalarının da olması qıcıqlandırıcı məsələdir. Ukrayna Xarici İşlər Nazirliyi buna kəskin etiraz edib.(Bizimyol.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128706

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2019
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930