Varlıların yeni dəbi: Toylarda şimpanze əti yeyirlər

12.06.2019 - 00:17

İngiltərə mətbuatı yeni iddia ilə çıxış edib. Gizli yollarla ölkəyə gətirilən şimpanzelər kəsilir və ətlərindən varlılar üçün toylarda xörək hazırlanır. Bir neçə həftə əvvəl də hava limanlarının birində şimpanze əti müsadirə edilmişdi.
“East Anglia” universitetinin alimi Ben Qarrod bildirib ki, İngiltərə və Avropada şimpanze əti qaçaqmalçılığı geniş yayılıb. “Daily Telegraphy”nin xəbərinə əsasən, bəzi dükanlarda artıq şimpanze əti satılır. Alimlər isə insanları gömrüklərdə ətlərə DNA testi tətbiq etməyə çağırıb. Ben Qarrod qeyd edir ki, bu heyvanlar antisanitar mühitdə kəsilir və genetik olaraq insanlara çox yaxın olduqları üçün ciddi epidemiyaya səbəb ola bilər.
2010-cu ildə də qaçaq ətlərlə bağlı aparılan araşdırmada təkcə Parisdəki hava limanında 270 ton şimpanze əti ələ keçirilib. Bu ətin inək və donuz ətindən 5 dəfə baha olduğu deyilir. \\Ölkə.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128902

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930