Kurort şəhərində azərbaycanlının meyiti tapılıb
Latviyanın kurort şəhəri Yurmalada azərbaycanlının meyiti tapılıb.
“Report”un Avropa bürosunun məlumatına görə, bu, Latviya vətəndaşı, əslən Azərbaycanın Lənkəran rayonundan olan 1974-cü il təvəllüdlü İbadullayev Qulu Dadaş oğludur.
Onun meyiti dəniz kənarında yarıçılpaq vəziyyətdə aşkar olunub. Azərbaycanlının dənizdə çimərkən boğularaq öldüyü ehtimal olunur.
Q.İbadullayev Latviyada dəfn olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=129275