“Grand Plaza” cərimələnib

11.07.2019 - 10:53

“Grand Plaza” MMC reklam haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada cərimə edilib.

“Report”un xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1. (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Nəsimi rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarından “Grand Plaza” MMC tərəfindən verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Grand Plaza” MMC çoxmərtəbəli binaların tikintisini həyata keçirən şirkətdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=129406

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728