Çempionlar Liqası: “Qarabağ” növbəti oyununa çıxır
Bu gün Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq.
Virtualaz.org bildirir ki, Ağdam təmsilçisi I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Albaniya çempionu “Partizani”ni qəbul edəcək.
Görüş “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq. Matçı Moldovadan olan hakim Dmitri Muntyan idarə edəcək.
Oyun “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.
Xatırladaq ki, Tirandakı ilk qarşılaşma qolsuz heş-heçə ilə nəticələnmişdi. Bu isə o deməkdir ki, “Qarabağ” maksimum diqqətli olmalıdır, xüsusən də müdafiədə.
Short URL: http://www.cumhuriyyet.net/?p=129662