“Neymarı transfer etmək çətindir” – Qrizmann
“Barselona”nın yeni futbolçusu Antuan Qrizmann PSJ-nin hücumçusu Neymarın Kataloniya klubuna mümkün qayıdışı haqda danışıb.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, braziliyalı oyunçunun transferinin çətin olduğunu bildirib: “Neymar çox yaxşı futbolçudur. Bir neçə dəfə zədələndi, amma hələ də əla səviyyədədir. Ancaq bu, çox çətin transferdir. Nələrin olacağını görəcəyik”.
Qeyd edək ki, Qrizmann “Barselona” ilə 5 illik müqavilə imzalayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=130043