“Rəqibin çox sürətli və təhlükəli futbolçuları var” – Qurban Qurbanov

24.07.2019 - 13:17

“Bütün fikrimizi sabhkı oyuna cəmləmişik. Rəqibimiz elə bir komandadır ki, həm ev, həm də səfərdə eyni oyunu göstərməyə çalışır”.

APA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Çempionlar Liqasının ll təsnifat mərhələsində İrlandiyanın “Dandolk” klubu ilə qarşılaşacaq. Bugün səfərdə baş tutacaq ilk oyunöncəsi mətbuat konfransı keçirən Q.Qurbanov bildirib ki, rəqibin orta xəttdə çox sürətli və təhlükəli futbolçuları var: “Başda baş məşqçi olmaqla, bütün komanda olduqca istəklidir. Düzdür, sabah süni örtüklü meydanda oynayacağıq, bu da futbola təsir edir. Təbii örtüklü meydançada oynamaq istərdik, amma hazırda bu haqda fikirləşməyə vaxtımız yoxdur. Sabahkı oyuna tam konsantrasiya olmalıyıq. İlk turun ilk oyununda qeydə alınan heç-heçə növbəti mərhələ üçün faydalı olmuşdu, amma bunu sabahkı oyun haqda demək olmaz. Bilirik ki, sabah biz tam motivasiya olunmuş bir komandaya qarşı oynayacağıq”.

Qeyd edək ki, “Dandalk” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=130151

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728