60 yaşlı cüdoçumuz yeddinci dəfə Avropa çempionu oldu – VİDEO

26.07.2019 - 18:56

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli yeddinci dəfə Avropa çempionu olub.

Oxu.Az-ın xəbərinə görə, M7 kateqoriyasında, 90 kiloqram çəki dərəcində yarışan səkkizqat dünya çempionumuz İspaniyanın Las Palmas şəhərində keçirilən qitə birinciliyində hamıdan güclü olub.

60 yaşlı idmançımız Finlandiya, Almaniya və Xorvatiyadan olan rəqiblərini məğlub edərək yeddinci dəfə Avropanın güclüsü adını qazanıb.

Bundan başqa, veteran cüdoçularımızdan Müşfiq Cəfərov (M5, -66 kq) və Yaman Fətiyev (M5, -100 kq) gümüş medal qazanıb.

Qeyd edək ki, bu yarışa 13 kişi veteran cüdoçumuz qatılıb. Daha səkkiz cüdoçumuz – Rəsul Ağamirov (M4, -90 kq), Mahir Ağamirzəyev (M3, -90 kq), Azər Əsgərov (M5, -90 kq), Samir Fətəliyev (M3, -81 kq), Babək Hacıyev (M3, -60 kq), Mübariz Cəfərov (M4, -81 kq), Mehman Koroğluyev (M3, -60 kq) və Çingiz Orucov (M4, +100 kq) qızıl medal qazanmağa çalışacaq.

Yarışa iyulun 28-də yekun vurulacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=130351

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930