“Barselona” Koutinyonu 120 milyon avroya satmağı planlaşdırır

26.07.2019 - 18:57

İspaniyanın “Barselona” futbol klubu braziliyalı yarımmüdafiəçi 27 yaşlı Filipp Koutinyonu 120 milyon avroya satmaq niyyətindədir. “Qazeta.Ru” saytı bu haqda “Mundo Deportivo” nəşrinə istinadla məlumat verib.

İspaniya komandasının rəhbərliyi bu oyunçunun transferinə görə ən azı bu məbləği almağı nəzərdə tutur ki, klub həmin futbolçunu alarkən çəkdiyi xərclərin əvəzi çıxsın.

Yarımmüdafiəçinin transferinin bütün məbləği 135 milyon avroya bərabərdir. Bu məbləğdən 120 milyon avro Koutinyonun keçidi üçün qiymət, daha 15 milyon avro bonuslar şəklində müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, braziliyalı futbolçu ildə 14 milyon avro alır. “Barselona”nın rəhbərliyi hesab edir ki, Koutinyonu almağa yalnız İngiltərənin “Mançester Siti” və ya “Mançester Yunayted”, həmçinin Fransanın “Pari Sen-Jermen” komandalarının imkanı ola bilər.

Yarımmüdafiəçi keçən mövsümdə iştirak etdiyi bütün turnirlərdə 54 matç keçirib, bu oyunlarda 11 qol vurub və 5 uğurlu ötürmə edib. O, “Barselona” komandasının heyətində iki dəfə İspaniya çempionu, İspaniya Kubokunun və İspaniya Superkubokunun sahibi olub.

Koutinyo Braziliya yığmasının heyətində 55 görüş keçirib, bu oyunlarda 15 qol vurub. Onun aktivində bu il Amerika Kubokunun qızıl medalı da var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=130353

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930