“Gilan Kuboku”nun qalibi məlum oldu

28.07.2019 - 13:08

Bu yayın ən mötəbər və yadda qalan, şirkətlərarası “Gilan Kuboku” mini futbol turnirinin final mərhələsi başa çatdı. İlk turdan maraqlı oyun sayəsində çempionatın favoritlərinə çevrilən və finala adlarını yazdıran “Gilan Holding” və “Azərsun Holding” komandaları arasında sona kimi davam edən gərgin mübarizə, 2:1 hesabı ilə “Azərsun Holding” komandasının qalib gəlməsi ilə nəticələnib.

Musavat.com-a verilən məlumata görə, “Gilan Kuboku”nda 3-cü yer uğrunda görüş isə, 3:0 hesabı ilə “FAB Boya” komandasının “Kapital Bank” komandası üzərində qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Azərbaycanın iqtisadı inkişafına töhfə verən, qabaqcıl şirkətlər arasında dostluq əlaqələrin möhkəmlənməsi ilə nəticələnən “Gilan Kuboku” mini futbol turnirin qalibi olan “Azərsun Holding” komandası 10,000 AZN məbləğində mükafat ilə təltif olunub.

Turnirdə ikinci yer tutan “Gilan Holding”  komandasına 5,000 AZN, 3-cü yerin sahibi “FAB Boya” komandasına isə 3,000 AZN məbləğində mükafat verilib. Bundan əlavə, qalib komandalarının oyunçularına medallar, sertifikatlar və hədiyyələr təqdim olunub.

Xatırladaq ki, “Gilan Holding” tərəfindən keçirilən, 28 may Respublika Gününə həsr olunan “Gilan Kuboku” ölkədə fəaliyyət göstərən bir sıra şirkətlərin böyük marağına səbəb olaraq, turnirdə iştirak ilə əlaqədar çoxlu sayda müraciətlər edilib. Turnirin reqlamentinə uyğun olaraq, 16 komanda “Gilan Kuboku”nda iştirak hüququ qazanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=130553

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728