Avropa Kuboku: finalda Azərbaycanın iki cüdoçusu üz-üzə gəldi

28.07.2019 - 18:54

Almaniyanın paytaxtı Berlin şəhərində gənc cüdoçular arasında “Avropa Açıq Kuboku” uğrunda yarış keçirilir.

Virtualaz.org bildirir ki, beynəlxalq turnirdə Azərbaycan idmançıları ilə yanaşı Yaponiya, Braziliya, Monqolustan, Rusiya, İtaliya, Almaniya, Fransa, Hollandiya, Kanada, Belçika, Gürcüstan, İsrail, Macarıstan və digər ölkələrin ən güclü gənc cüdoçuları mübarizə aparırlar.

Ümumilikdə, Berlin yarışında 39 ölkədən 470 cüdoqi ustası iştirak edir. Avropa Kubokunun ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Belə ki, ölkəmizi 60 kiloqram çəki dərəcəsində təmsil edən Rövşən Əliyev və Əhməd Yusifov bütün rəqiblərinə qalib gələrək finala çıxıblar. Həlledici qarşılaşmada qələbə qazanan Əhməd Yusifov “Berlin-2019”un qalibi olub. Rövşən Əliyev isə gümüş medala layiq görülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=130591

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728