Avrokuboklarda “Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

31.07.2019 - 12:15

“Qarabağ” komandasının avrokubokların III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

“Report” xəbər verir ki, bunlar Kipr APOEL-i ilə Slovakiya “Slovan” (Bratislava) klublarıdır. APOEL Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqronun “Sutyeska” komandasını mübarizədən kənarlaşdırıb. Səfərdəki ilk matçda 1:0 hesabı ilə qalib gələn Nikosiya təmsilçisi ev oyununda darmadağına imza atıb – 3:0. Hər 3 qolu Serbiyalı hücumçu Andriya Pavloviç 13-cü, 25-ci və 66-cı dəqiqələrdə vurub.

“Qarabağ” İrlandiya “Dandolk”unu üstələyəcəyi təqdirdə, məhz APOEL-lə qarşılaşacaq. İlk oyun 6-7 avqustda Nikosiyada, cavab görüşü 13 avqustda Bakıda olacaq.

Azərbaycan təmsilçisi “Dandolk səddini keçə bilməsə, mübarizəni Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Məhz bu zaman rəqib “Slovan” olacaq. Slovakiya komandası II təsnifat mərhələsində Kosovo “Feronikeli”sini evdə 2:1, səfərdə 2:0 hesabı ilə yenib. “Qarabağ”ın növbəti mərhələdə ilk oyunu avqustun 8-də səfərdə, cavab görüşü isə avqustun 15-də evdə olacaq.

Qeyd edək ki, “Qarabağ” “Dandolk”la İrlandiyadakı qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1. Cavab oyunu bu gün-iyulun 31-də “Dalğa Arena”da olacaq. Görüş saat 21:00-da başlanacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=130973

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930