“Zenit” “Barselona”nın hücumçusunu transfer edib

02.08.2019 - 18:12

“Barselona”nın hücumçusu Malkom Rusiyaya köçür.

Trend-in məlumatına görə, Braziliya millisinin üzvü “Zenit”lə anlaşıb. Klublar arasında danışıqlara artıq yekunlaşıb. Tərəflər 40 milyon avro və əlavə 5 milyon avro bonusda ortaq məxrəcə gəlib.

22 yaşlı vinger həftə ərzində Rusiyaya yollanaraq, tibbi müayinədən keçəcək və “Zenit”lə 5 illik müqavilə imzalayacaq.

Futbolçunun illik məvacibi 6,5 milyon avro təşkil edəcək. Malkom “Barselona”ya ötən il 41 milyon avro qarşılığında “Bordo”dan keçib.

Short URL: http://www.cumhuriyyet.net/?p=131355

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930