Ronaldu birlikdə oynamaq istədiyi futbolçunun adını açıqlayıb

05.08.2019 - 12:31

Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu birlikdə oynamaq istədiyi futbolçunun adını açıqlayıb.

“Report”un məlumatına görə, 34 yaşlı hücumçu “Soccer.com” “Youtube” kanalına müsahibəsində mərhum həmyerlisi Eysebionu fərqləndirib: “Fikrimdə çox sayda oyunçu var. Ancaq bir neçə il öncə vəfat edən həmyerlimin adını çəkəcəyəm. Bu, Eysebiodur. O, Portuqaliyanın simvollarından sayılır. Onunla oynamaq istərdim. Birincisi, portuqaliyalıdır, ikincisi isə çox yaxşı insan idi”.

Ronaldu deyib ki, futbolçu olmasaydı aktyorluq və ya modelliyi seçərdi.

Qeyd edək ki, Eysebio 1965-ci ildə “Qızıl top” mükafatına layiq görülüb. O, 5 yanvar 2014-cü ildə 71 yaşında vəfat edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=131590

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728