Koronavirusun aktivləşdiyi temperatur müəyyənləşib

29.03.2020 - 12:21

Honkonq universitetinin həkimləri koronavirusun daha çox aktivlik göstərdiyi temperaturu açıqlayıblar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, koronavirus uzun müddət 4 dərəcə temperaturda qaldığı təqdirdə sabitliyini qoruya bilir və dezinfeksiya edilmədiyi halda aktivliyi yalnız 14 gün sonra azalmağa başlayır.

Bununla belə, SARC-CoV-2 yüksək temperatura dözə bilmir və 70 dərəcə temperaturda beş dəqiqə ərzində aktivliyi aradan qalxır.

 

Koronavirusun müxtəlif əşyalar üzərində qalma müddətini də öyrənən mütəxəssislər müəyyənləşdiriblər ki, o, kağız üzərində üç saatdan sonra yox olur, paltar və emal olunmuş taxta üzərində iki günə qədər, şüşə üzərində dörd günə qədər, plastik üzərində isə yeddi günə qədər qalır.

Alimlər qeyd ediblər ki, virus tibbi maskaların xarici səthində yeddi günə qədər qala bilər, buna görə də mütəmadi şəkildə dezinfeksiya olunmağı tövsiyə edirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=144572

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31