Əhaliyə yardım paketi niyə gecikir? – Ekspert

03.04.2020 - 17:29

Koronavirus pandemiyası ölkəmizdə bir deyil, bir neçə sahəyə ziyan vurub. Hazırda bu sahələr üzrə dəyən ziyan hesablanır. Bu, çox çətin prosesdir, lakin başda əhalinin aztəminatlı hissəsi olmaqla, bütün vətəndaşlara dəyən ziyan kompensasiya ediləcək.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov koronavirusla əlaqədar dövlət dəstəyi paketinin hazırlanması ilə bağlı danışarkən deyib. O bildirib ki, yaradılan 4 İşçi Qrup müxtəlif sahələr üzrə dəyən ziyanı hesablayıb, təkliflər planı hazırlayır:

“Nəzərə almaq lazımdır ki, cəmiyyətdə mövcud vəziyyətlə bağlı ziyan görən sektorlar çoxdur. Yəni bu, bir sahə üzrə olsa, problem tez həll edilərdi. Birdən çox sahəyə ziyan dəydiyi üçün 4 İşçi Qrup yaradılıb. Bu qruplar ümumilikdə fərqli sahələr üzrə vətəndaşlara dəyən ziyanı hesablayır və təkliflər planı hazırlayır. Misal üçün bir qrup makro və mikro sahibkarlar üzrə işləyirsə, digər bir qrup onların tabeliyindəki günəmuzd işçilərlə bağlı çalışır, o biri qrup aztəminatlı ailələrə yardımı araşdırır və s.”

İqtisadçı qeyd edib ki, artıq makro və mikro sahibkarlarla bağlı müvafiq yardım təklifi hazırlanıb, təqdim olunub:

“Yaxın günlərdə əhalinin aztəminatlı hissəsi ilə bağlı da yardım paketi açıqlanacaq. Bu paketin gec açıqlanmasının səbəbi onun mexanizmləri üzərində aparılan işlərin hələ yekunlaşmamasıdır”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144765

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930