Koronavirusun qarşısını ala biləcək preparat müəyyənləşdi – FOTO

13.04.2020 - 10:21

Yaponiyanın tibb mütəxəssisləri müəyyənləşdiriblər ki, “Nelfinavir” preparatı koronavirusun artımının qarşısını alır.

“Report”un məlumatına görə, alimlərinin tədqiqatının nəticələri “bioRxiv” portalında dərc olunub.

Qeyd edək ki, “Nelfinavir” insanın immun çatışmazlığı virusuna qarşı istifadə olunur. İmmun çatışmazlığı virusunun müalicəsi zamanı “Nelfinavir”i digər antiretrovirus preparatı ilə uzlaşdıraraq istifadə edirlər.

Tədqiqatçılar yeni koronavirusun hissəciklərinə doqquz belə preparatın təsirini öyrəniblər. Alimlər “Nelfinavir”in tətbiqi zamanı COVID-19-un fəallığının azalmasını aşkarlayıblar.

Həkimlər vurğulayıblar ki, hələ koronavirus infeksiyasına qarşı yoxlanmış vasitə ixtira etməyiblər. Buna görə effektiv antivirus preparatlarını yoxlamaq lazımdır.

Koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. ÜST-ün son məlumatlarına görə, dünyada artıq demək olar ki, virusa 1,7 milyon yoluxma qeydə alınıb, 105 mindən çox insan pandemiyanın qurbanı olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=145148

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31