Bill Qeyts: Dünya 1-2 ildən tez olmayaraq normal həyata qayıdacaq

28.04.2020 - 12:06

Koronavirus pandemiyası fonunda tətbiq olunan məhdudiyyətlərin ləğvi normal həyata qayıdış anlamına gəlməyəcək – bu, bir ildən və ya hətta iki ildən sonra olacaq.

Virtualaz.org bildirir ki, bu fikri xeyriyyəçi və Microsoft korporasiyasının qurucularından biri Bill Qeyts Le Figaro qəzetinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, biz normal həyata bir ya da iki ildən tez olmayaraq qayıdayacağıq:

“Test və izləmə sisteminin vasitəsi ilə infeksiya sahələrini tez bir zamanda müəyyən edə və onlara nəzarət edə bilərik. Ancaq tamamilə normal fəaliyyətə qayıtmayacağıq, çünki insanlar yoluxma ehtimalı ilə əlaqədar çox narahat olacaqlar və davranışlarını kəskin şəkildə dəyişdirəcəklər”.

Sahibkarın fikrincə, müalicə metodları üzərində iş son dərəcə vacibdir və davam etməlidir, bununla birlikdə peyvəndlərin hazırlanması normal həyata qayıtmaq üçün əsas addım olmalıdır.

“Peyvəndin hazırlanması üçün demək olar ki, bütün işlər özəl sektorda aparılır və biz [Bill və Melinda Qeyts fondu] neytral oyunçu olduğumuzdan və bütün mütəxəssislərlə əlaqə qurduğumuzdan (şirkətin əksər rəhbərləri ilə əlaqə saxlayıram), onların istehsal müəssisələrinin istifadə üçün təqdim etmələrini xahiş edirik. Onlardan 7 milyard doza, bəlkə də 14 milyard doza peyvənd istehsalının mümkünlüyünü nəzərdən keçirmələrini xahiş edirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=145455

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31