Hər il 2,5 milyon uşaq bu səbəbdən ölə bilər – Koronavirusdan DAHA TƏHLÜKƏLİ
Dünya hər il 2,5 milyon azyaşlını sadəcə peyvənd vurulmadığı üçün itirə bilər.
Milli.Az xəbər verir ki, bu sözləri Hacettepe Universiteti Tibb Fakültəsinin Uşaq Yoluxucu Xəstəlikləri Şöbəsinin rəhbəri Mehmet Ceyhan deyib.
Prof.Dr. mehmet Ceyhan’dan Koronavirüs açıklaması – winally.com
Professor koronavirus pandemiyası müddətində peyvəndin nə qədər əhəmiyyətli olduğunun bir daha sübuta yetirildiyinə diqqət çəkib. O bildirib ki, 13 xəstəliyə qarşı vurulan peyvəndin dayandırılması təqdirində, onlardan ən az 5-i bundan daha pis pandemiyaya səbəb ola bilər.
M.Ceyhanın sözlərinə görə, virus nəzarətdə saxlansa belə, peyvənd tapılana qədər tikan üstündə yaşamalı olacağıq: “Bu virus dünyadan itənə qədər müəyyən qaydalara əməl etməliyik. 1,5 metr məsafə saxlamaq, kütləvi yerlərə girməmək buraya daxildir. Bunlardan qurtulmağımızı təmin edəcək yeganə faktor peyvənddir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=145563