ABŞ-ın Ermənistanda bioloji silah laboratoriyası: Azərbaycanlı əsirlər üzərində sınaqlar keçirilir?

07.05.2020 - 20:07

Hurriyyet.org xəbər verir ki, “Vestikavkaza.ru” saytında dərc edilmiş yazıda Ermənistanda fəaliyyət göstərən, ABŞ-ın Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirildiyi bildirilən biolaboratoriyalardan və Rusiya dövlətinin bu laboratoriyaların mövcudluğundan narazılığından bəhs edilir. Məqalənin tərcüməsini diqqətinizə çatdırırıq:

 ABŞ-ın biolaboratoriyaları naminə Ermənistan Rusiya ilə münasibətlərini pisləşdirir?

May ayının əvvəlində, Ermənistan Xarici İşlər Nazirliyi rusiyalı mütəxəssislərə ABŞ-ın Müdafiə Nazirliyinin proqramları üzrə təşkil edilmiş bu tibbi təşkilatlara daxil olmağı sərt şəkildə qadağan edəndən sonra Ermənistan ərazisindəki biolaboratoriyanın fəaliyyəti məsələsi yenidən kəskin şəkildə meydana çıxdı.

Ermənistan XİN tert.am saytının sorğusuna belə cavab vermişdi: “Erməni tərəfi dəfələrlə bəyan edib ki,  laboratoriyaların personalı yalnız Ermənistan vətəndaşlarından ibarətdir, laboratoriyanın ərazisində  xarici mütəxəssislərin olması istisna edilib”.

Beləliklə, Ermənistan yenidən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərini təkzib eləyib. Aprel ayının sonunda İrəvandakı qalmaqalın səbəbi onun tərəflərin Dağlıq Qarabağ münaqişəsini mərhələli şəkildə nizamlanmasını müzakirə edəcəyi barəsində açıqlaması olmuşdusa, indi  rusiyalı nazirin rusiyalı tibb işçilərinin təftiş aparmaq üçün Ermənistandakı biolaboratoriyalara buraxılması memorondumu mövzusunda danışıqların başa çatması barəsində açıqlaması təkzib edilirdi. Rusiya hələ ötən ilin noyabrında bu laboratoriyaları təftiş eləmək niyyətini səsləndirmişdi.

Ermənistanın bu demarşına Rusiya tərəfdən Dövlət Dumasının Elm və Təhsil Komitəsinin sədr müavini, “Rospotrebnadzor”un keçmiş rəhbəri Gennadi Onişenko cavab verdi. O, xatırlatdı ki, söhbət Amerikanın ixtiyarında olan obyektlərdən gedir və İrəvan oraya nəinki Rusiyanın, ümumiyyətlə heç bir başqa ölkənin mütəxəssislərini heç vaxt buraxmayacaq.

Onişenko Media.az-a müsahibəsində erməni baş nazirin 2018-ci ilin sentyabrında verdiyi, rusiyalıların Ermənistandakı biolaboratoriyalara daxil olması üçün heç bir problemin olmadığını bildirdiyi açıqlamasını xatırladaraq deyib: “Bunlar başqa bir dövlətin hərbi bazalarıdır. Hətta Almaniyada belə kimsə Amerika hərbçilərinin yerləşdiyi ərazilərə daxil olmaq istəsə, onu oraya buraxmayacaqlar. Ermənistanda da eyni vəziyyətdir. Nikol Paşiyanın rusiyalı müşahidəçilərin oraya buraxılmasının mümkün olduğunu niyə söylədiyi çox da anlaşılan deyil. Bunlar ABŞ-ın ixtiyarında olan obyektlərdir və orada təhlükəli viruslar var”.

ABŞ-ın postsovet ölkələrində, o cümlədən, Ermənistanda biolaboratoriyala qurmasına Çin də öz etirazını bildirərək, Rusiya XİN-in bu təşkilatların bağladılması çağırışını dəstəkləmişdi. Çin XİN-in rəsmi təmsilçisi Gen Şuan demişdi: “Biz Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatına (17 aprel tarixli çıxış nəzərdə tutulur – red.) diqqət yetirmişik. ABŞ keçmiş Sovet İttifaqının ərazisində çox sayda biolaboratoriyalar yaradıb ki, bu da həmin dövlətlərin və qonşu ölkələrin əhalisində ciddi narahatlıq doğurur. Yerli ictimaiyyət israrla bu obyektlərin bağladılmasını tələb edir. Ümidvarıq ki, Amerika tərəfi məsuliyyətli mövqe nümayiş etdirərək dünya ictimaiyyətrinin rəsmi narahatlığına diqqət yetirəcək… və bu narahatlıqları aradan qaldırmaq üçün real addımlar atacaqdır”.

Qeyd edək ki, Ermnistandakı Amerika biolaboratoriyalarının hansılar olduğu bəllidir: İrəvanda Mərkəzi referent laboratoriyası, Ermənistan Respublikasının xəstəliklərin profilaktikası və nəzarəti üzrə Milli Mərkəzi, Dövlət Təhlükəsizlik Xidmətinin ərzaq məhsulları laboratoriyası, “Nork” xəstəxanasının yoluxucu xəstəliklər laboratoriyası, həmçinin, İcevanda, Gümrüdə, Martuni və Vanadzordakı laboratoriyalar. Bu ikili təyinatlı elmi təşkilatlar şəbəkəsinin yaradılmasına ABŞ 50 milyona yaxın dollar xərcləyib.

Həm Rusiyanı, həm də Çini narahat edən fakt Ermənistanda da bu tipli laboratoriyaların digər postsovet ölkələrində olduğu kimi, Pentaqonun proqramları ilə maliyyələşdirilməsi olub. Yəni, söhbət tibb sahəsində hərbi fəaliyyətdən, bioloji silahın yaradılmasından gedir. O silahdan həm Rusiya Federasiyasına, həm də İrana qarşı istifadə edilə bilər.

Ermənistanın öz əhalisi üçün təhlükəli olan tədqiqatlardan olan qazancı bəllidir: nəinki Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını, hətta bu barədə danışıqlarda iştirak eləmək belə istəməyən İrəvan hərbi qüdrət məsələsində Azərbaycanla Ermənistan arasında olan böyük fərqi hansısa yolla azaltmaq istəyir və Nikol Paşinyan komandası bioloji silahı bu məqsədə çatmaq üçün vasitələrdən biri hesab edir.

Öz ərazilərini, İrəvanın müttəfiqi adlandırdığı Rusiya ilə İrana qarşı hibrid müharibələr aparması üçün ABŞ-a obyekt kimi icarəyə verən respublika öz vətəndaşlarının həyatını riskə atır. Axı Qafqaz – o qədər də böyük ərazisi olmayan bir regiondur və onun sərhədlərinin yaxınlığında bioloji silahdan istifadə edilməsi qaçılmaz şəkildə Ermənistanın özünə də zərər verəcəkdir. Hələ infeksiyaların laboratoriyalardan sızması kimi fors-major halların mümkünlüyündən danışmırıq.

Koronavirus pandemiyası günlərində hər zamankından daha aktual olan bioloji təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina eləməklə İrəvan eyni zamanda həm Moskva, indən belə həm də Tehranla münasibətlərini getdikcə korlamaqdadır. Bu ilin baharında Ermənistanın Rusiyaya qarşı diplomatik demarşlarının bir-birini növbələməsi bir strateji məsələni daha ciddi şəkildə ortaya qoyur: Ermənistan Respublikası Rusiya Federasiyasının qarşısındakı müttəfiqlik öhdəliklərini icra edəcəkmi, yoxsa, bu öhdəliklər elə kağızda və sözlərdə qalacaqdır?

Rusiyanın Siyasi Tədqiqatlar İnstitunun direktoru Sergey Markovun “Vestnik Kavkaza” portalının müxbiri ilə söhbətdə qeyd elədiyi kimi, Ermənistan anlamalı idi ki, Amerikanın biolaboratoriyalarının mövcud olduğu digər postsovet ölkələri kimi, ABŞ onlardan da sadəcə tibbi eksperimentlər üçün material kimi istifadə edir.  Markov deyib: “Fikir verin, ABŞ ərazisində bioloji silahların, bütün mikrobların və virusların Amerika vətəndaşlarının üzərində testdən keçirilməsi ilə bağlı sərt məhdudiyyətlər mövcuddur. Lakin başqa ölkələrin vətəndaşlarına – məsələn, Ukrayna, Gürcüstan, Ermənistan vətəndaşlarına bu məhdudiyyət şamil edilmir, çünki onların qoyduğu qanunlar yalnız amerikalıların hüquqlarını müdafiə edir. Ona görə də, ABŞ kimi ölkələr canlı insanların üzərində bütün mümkün olan təcrübələri aparmaq üçün belə laboratoriyalar təşkil edirlər. Ermənistan sakinləri bundan həlak olsalar, Vaşinqton məyus olmayacaqdır”.

Sergey Markov rusiyalıların bu laboratoriyalara daxil olması istəyinin rədd cavabı ilə qarşılanmasını onların əsl fəaliyyətini gizlətmək istəyi ilə izah edib: “Ola bilsin ki, heç indi orada ümumiyyətlə Ermənistan vətəndaşı yoxdur, işi eksterritorial toxunulmazlıq hüququndan istifadə edən amerikalılar aparır. Bu isə bir çox digər ölkələr kimi, Ermənistana ABŞ-ın yarımmüstəmləkəsi statusunu verir. Ola bilsin ki, bir müddət sonra Rusiya həmin obyektlərə daxil ola bilsin. Lakin nə qədər ki, hakimiyyət amerikapərəst siyasətçilərin əlindədir, bunu etmək çox çətin olacaq. Üstəlik, indi onların bu laboratoriyalarla bağlı yüksək korrupsiya və siyasi maraqları var – ABŞ xüsusi xidmətlərinin dəstəyi və Amerika hakimiyyətindən alınan rüşvət”.

Hurriyyet.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146128

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930