Azərbaycan Ordusu bu gün Şuşada erməniləri vuracaq? – POLKOVNİKDƏN AÇIQLAMA

21.05.2020 - 16:23

Ehtiyatda olan polkovnik Şair Ramaldanovun redaktor.az-a müsahibəsi:

– Şair bəy, bu gün Şuşada ermənilər qondarma rejimin yeni rəhbərinə “andiçmə” mərasimi keçirəcək. Bəzi ictimai-siyasi fəallar da bunun qarşısını almağı tələb edirlər. Siz bu haqda nə düşünürsünz?

– Əlbəttə, insanların bu istəyini anlmaq elə də çətin deyil. Çünki Ermənilərin işğal olunmuş Şuşa şəhərində qondarma “andiçmə” mərasimi keçirməsi hər birimiz üçün ağırdır. Amma bu gün Şuşada olan erməniləri vurmaqla bağlı əmr yoxdusa, deməli, müəyyən səbəblər var. O səbəblər ki, biz onu bilmirik. Həm də Azərbaycanın indiki məqamda əl-qolunu bağlayan müəyyən öhdəlikləri də var. Bütün bunlar bizim qarşımızı kəsir.

Ümumiyyətlə, indi Şuşanı vurmaqla, ermənilərə heç nə olmayacaq. Əksinə, bizə daha çox ziyan dəyəcək. Çünki təmas xəttində demək olar ki, ermənilərin yaşayış məntəqələri boşdur, amma bizdə cəbhə xəttinə yaxın ərazilərdə yüzlərlə dinc əhali yaşayır. Biz indi ermənilərə zərbə endirsək, onlar da atəş açacaq və bu da həmin insanların həyatını təhlükəyə atacaq. Bu baxımdan emosiyalara qapılmaq yox, ayıq başla düşünmək lazımdır.

– Siz nə təklif edirsiniz?

– Azərbaycan əvvəlcə atəşkəslə bağlı üzərinə götürdüyü öhdəliklərdən çıxmalıdır. Sonra ciddi şəkildə müharibəyə hazırlaşıb, işğal altında olan torpaqlarda anti-terror əməliyyatları keçirərək, torpaqları işğaldan azad etməlidir. Yəni, bunun üçün əvvəlcədən hazırlıqlı olmaq, hər bir ehtimalı düşünmək lazımdır. Çünki müahirbə hər iki tərəf üçün də ağır nəticələr verə bilər.

– Müharibəyə başlamaq, torpaqları işğaldan azad etmək üçün nə qədər vaxt lazımdır?

– Əslində, müharibənin vaxtı çoxdan çatıb. Ümumiyyətlə, işğalın uzanması Azərbaycanın xeyrinə yox, ziyanına işləyir. Artıq ermənilərə cavab verməyin, torpaqları işğaldan azad etməyin vaxtıdır. Amma biz təkcə Şuşanı deyil, bütövlükdə işğal altında olan torpaqları azad etməliyik. Bunun üçün Azərbaycanın qüdrətli ordusu, güclü iqdisadiyyatı, hərbi potensialı, canını torpaq uğurunda verə biləcək xalqı var. O xalq ki, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, onun əmrini gözləyir. Amma əvvəldə də dediyim kimi, bunu hazırlıqlı şəkildə etməliyik.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147191

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031