Ermənilər cəbhədəki mövqelərinə radarlar yerləşdirirlər – SƏBƏB

30.05.2020 - 00:46
Ermənistan Ordusu işğal altında saxladığı Azərbaycan ərazilərindəki ön xətt mövqelərinin mühafizəsini portativ yerüstü nəzarət radarlarının və həssas müşahidə sensorlarının hesabına gücləndirir.
“AzeriDefence”nin ermənilərə məxsus sosial şəbəkələrdə yer alan məlumatlar və görüntülər əsasında apardığı araşdırmalara görə, Ermənistan Ordusu cəbhənin daha çox təhlükə ehtimalı olan ərazilərində yerli və Rusiya istehsalı olan radarlar yerləşdirib. Bu radarlar optik qurğuların pis işlədiyi hava şəraitlərində ərazinin fasiləsiz mühafizəsini təmin etməyə imkan verir. Radarlar iriçaplı atıcı silahlarla inteqrasiya olunub.
Estoniyanın “Defendec” şirkətinin istehsalı olan həssas nəzarət sensoru. Ermənistan Müdafiə Nazirliyi ilə “Defendec” şirkəti arasında satınalma müqaviləsi 2019-cu ilin yanvar ayında imzalanıb. Ermənistan həmçinin, 2019-cu ildə mövqelərin və dövlət sərhədindəki keçid ehtimalı olan ərazilərin mühafizəsinin gücləndirilməsi məqsədi ilə Estoniyanın “Defendec” şirkətindən həssas nəzarət sensorları satın alıb.
“Azeri Defence”nin məlumatına görə, Ermənistan 2015-2017-ci illərdə Rusiyadan açıqlanmayan sayda “Fara-PV” portativ radar stansiyalar alıb. Bu radarların nümunələri bir neçə il əvvəl Xankəndində separatçı silahlı rejimin istifadəsində görüntülənib. “Fara-PV” radarları avtonəqliyyat vasitələrini 6 km, insanı isə 3 km məsafədən aşkarlamağa imkan verir.
Ermənistan Milli Elmlər Akademiyasının Radiofizika və Elektronika İnstitutu tərəfindən hazırlanmış və ilk nümunəsi 2010-cu ildə təqdim edilmiş PDRLS-1M doppler radarı isə kataloq məlumatlarına əsasən insanı 2 km, nəqliyyat vasitələrini isə 3 km məsafədən aşkarlamağı bacarır. “Ku” dalğa diapazonunda çalışan PDRLS-1M radarının ilk partiyasının 2013-cü ildə silahlanmaya verildiyinə dair məlumatlar mövcuddur. Qeyd edək ki, 2016-cı ilin aprel ayında cəbhədəki uğursuzluqdan sonra Ermənistan Ordusu cəbhə xəttinə müşahidə kameraları da yerləşdirib.
Miq.Az
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147404

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930