Paşinyan koronavirusa Putinə görə yoluxub: ŞOK İDDA – Video

04.06.2020 - 00:10

“Erməni Qartalları – Birləşmiş Ermənistan” partiyasının sədri Xaçik Asryan Ermənistan Baş naziri Nikol Paşinyanın koronavirusa yoluxduğuna şübhə edir. Teleqraf.com xəbər verir ki, partiya rəhbəri Baş naziri saxtakarlıqda və yalan danışmaqda ittiham edib.
“Nikol Paşinyan, doğrudan da koronavirusa yoluxmusunuz və ya bir daha erməni xalqını aldadırsınız ki, xəstələnmək iddiası ilə amerikalı şeflərinin əmri ilə iyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş rəsmi tədbirdə və paradda iştirak etməyəsiniz?”, – Asryan qeyd edib.
O, dolayı yolla Ermənistan Baş nazirini Rusiya Prezidenti Vladimir Putinlə üz-üzə gəlməkdən boyun qaçırmaqda ittiham edib. Partiyanın yaydığı məlumatda bildirilib ki, Nikol Paşinyan son iki ildə Ermənistanın idarəetmə sisteminə, sosial-iqtisadi və hərbi-siyasi fəaliyyətinə, xarici siyasətinə xələl gətirib, eyni zamanda dövlət səviyyəsində koronavirusa qarşı mübarizəsi tamamilə uğursuzdur: “Bundan əlavə, Ermənistanda fövqəladə vəziyyət rejimini uzadan Nikol Paşinyan özünün çökmüş və anti-milli hökumətinin ömrünü uzatmağa çalışır. Hakimiyyətə qarşı mitinqləri qəsdən qadağan edərək, Ermənistan Milli Məclisində anti-milli qanunların qəbul edilməsinə, habelə, Avropa Şurası tərəfindən tətbiq olunan pozğun konvensiyaların ratifikasiyasına şərait yaradır.
Nikol Paşinyanın anti-dövlət, konstitusiyaya zidd qərarlarını həyata keçirən Milli Məclisinin deputatları, şübhəsiz ki, erməni xalqı tərəfindən pisləniləcək və qanunun ən sərt diktəsi ilə cəzalandırılacaqlar”. “Erməni Qartalları – Birləşmiş Ermənistan Partiyası bildirir ki, Ermənistanda Milli Məclis tərəfindən qəbul edilən hakimiyyət bölgüsünə dair istənilən konstitusiya dəyişikliyi qəbuledilməz və qeyri-demokratikdir.

 

 


Müəllif: Mənsur Rəğbətoğlu
http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147682

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031