Koronavirusdan ölən 27 yaşlı gəncin son sözləri ürək dağlayır – VİDEO -FOTO
27 yaşlı oğlan koronavirusun qurbanı olub. Cumhuriyyet.az Milli.Az-a istinadla xəbər verir ki, Türkiyənin Bursa şəhərində yaşayan 27 yaşlı Muhammet Taha Kaygusuz yatırıldığı xəstəxanada vəfat edib.
Bir neçə gün əvvəl Covid-19 testi müsbət çıxan gənc koronavirusa məğlub olub. O, İstanbuldakı özəl xəstəxanaların birində dünyasını dəyişib.
Məhəmməd Tahanın ölümündən əvvəlki paylaşımı ötən gün sosial şəbəkələrdə ən çox baxılan videolar sırasına daxil olub. Süni tənəffüs aparatı ilə nəfəs alan gənc yaxşı olduğunu bildirib və hər kəsdən sağalması üçün dua istəyib.
Qeyd edək ki, Türkiyə koronavirusa yoluxanların sayına görə 11-ci yerdədir. Burada 4692 nəfər Covid-19 virusu səbəbi ilə dünyasını dəyişib.
Short URL: http://www.cumhuriyyet.net/?p=147979