Həbibin ölən atası – 20 illik məşqçisi, avar, “əfqan”…

04.07.2020 - 00:05

Rusiya prezidenti atası qədər məşhur olan oğluna başsağlılğı üçün zəng etdi 

Rusiya prezidenti bu gün-iyulun 3-də vəfat edən Abdulmanap Nurməhəmmədovun oğlu Həbibə zəng edib. Rusiya prezidenti Həbibə başsağlığı verib, Rusiya idmanına böyük itki üzv verdiyini deyib. Bu, Kreml rəhbərinin Həbibə ikinci zəngidir. 2018-ci ilin oktyabr ayının 7-də Las-Veqasda irlandiyanı Koner Maqreqronu “sındıran”da da Putin rusiyalı döyüşçüyə zəng edərək onunla fəxr etdiyini demişdi. Daha bir neçə gün sonra Putin aeroportda onlarla görüşdü və Rusiyaya böyük zəfər günü yaşatdığına görə həm məşqçiyə, həm Həbibə təşəkkür etdi. 

Bu gün, o əfsanəvi məşqçi 56 yaşında həyata vida etdi. O, bir neçə il əvvəl Almaniyada ürəyindən əməliyyat olunmuşdu. Koronavirus onun təkcə ürəyini deyil, beyninin də zədələdi, koma vəziyyətinə saldı. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün omadı. Ölüm səbəbi də ürək  və beyinə qansızma göstərilib…

Musavat.com onun həyat yolu haqda məlumatları təqdim edir.

Əfqanıstan, sonra Ukrayna… 

Abdulmanap Maqomedoviç Nurməhəmmədov  10 dekabr 1962-ci ildə Dağıstanın Tsumadinskiy rayonunun Sildi kəndində anadan olub. Milliyyətcə avardır. Kiçik yaşlarından idmanla – sərbəst güləşlə məşğul olurdu. Sonra hərbi xidmətə yollanıb. 1982-ci ildə əsgərləri Əfqanıstanda qullağa hazırlayan 40-cı hərbi hissədə xidmətə başlayıb. “Hər üç aydan bir  150 əsgər göndərirdim Əfqanıstana. Oradan isə əli, qolu, qıçı amputasiya olunmuş əsgərləri gətiridilər” deyə, Abdulmanap o illəri xatırlayırmış. Sonra özü də “əfqan” olub, ölümlə üz-üzə gəlib. Hərbi xidməti başa vurandan sonra – 90-cı illərin əvvəllərinə qədər Ukraynada yaşayıb, burada cüdo və sambo ilə ciddi məşğul olub, SSRİ yığmasının heyətinə cəlb edilib. Məşhur ukraynalı məşqçi Pyotr Butriyin rəhbərliyi altında məşq keçib, sonra sovet sambo güləşçisi və cüdoçusu Vladimir Nevzorovun rəhbərliyi altında məşqləri davam etdirib. Abdulmanap sambo və cüdo üzrə dəfələrlə Ukrayna çempionu olub. Sonra məşqçilik karyerasına başlayıb. Artıq 1992-ci ildə sambo üzrə dünya çempionatında iki Nurməhəmmədov qızıl medal qazanıb. Məşqçi kimi özü, tələbəsi kimi qardaşı Nurməhəmməd.

Dağıstana qayıdış 

1990-cı illərin ortalarında Dağıstana qayıdıb, sambo üzrə idmançılar yetişdirməyə başlayıb. Şagirdləri arasında sərbəst güləş üzrə Dağıstan və Rusiya çempionları və mükafatçılar var. 2019-cu ilin sentyabr ayında Abdulmanap Nurməhəmmədovun adı sambo üzrə yetişdirdiyi çempion sayına görə “Rusiya Rekordlar Kitabı”na daxil edilib.

Rəsmi məlumatlara görə, məşqçilik karyerası ərzində o, 27  dünya çempionu yetişdirib. Arvadı Fatimə 2000-ci illərin əvvəllərində vəfat edib. Fatimədə olan ilk övladı Həbibdir. Onda yaş yarım balaca oğlu Abdürrəhmandır. İkinci həyat yoldaşından olan kiçik oğlu Abubakar da peşəkar döyüşçüdür.

Həbibi “razborkaya” görə necə cəzalandırıb…

Həbib 5 yaşından etibarən atasının rəhbərliyi altında qarışıq döyüş növləri ilə məşğul olmağa başlayıb. Ailə 2001-ci ildə Mahaçqalaya köçüb, burada da oğlanları məşqlərini davam etdirib. Həbib idmana sərbəst güləşlə başlayıb, sonra isə samboya keçib. İki il ərzində Həbib Rusiyanın əməkdar məşqçisi Cəfər Cəfərovun rəhbərliyi ilə məşqlər edib. Sonra atası yenidən onun məşqçisi olub.

Abdulmanap təkcə ciddi məşqçi deyil, həm də sərt xarakterli ata olub. Həbibin “razborkalar”a getdiyini eşidəndə onu sakitcə məşq zalına çağırıb və məşq edirmiş kimi onu müxtəlif fəndlərə atıb.

Həbib xatırlayır ki, “o məni cəzalandırır, maniken kimi sağa-sola atır, mən isə  “atam necə yaxşı formadadır” deyə sevinirdim… Sonra onu inandırmağa çalışırdım ki, telefon zəngini görməmişəm və sair… O isə adamı çox gec bağışlayırdı” 

İdmandan getmək istəyən oğlunu peşəkar rinqə yönəldib 

20 yaşında Həbib idmandan getməyə qərar vermişdi, amma atası onu meydanda saxlamağı bacardı. Günlərin birində isə ata və oğul özlərini qarışıq döyüş növlərində sınamağa qərar verdilər. Və uğur gözləndiyindən də tez gəldi. 2012-ci ilin 21 yanvarında Həbib ilk döyüşünü keçirdi və Kamal Şalorusu inamla məğlub etdi. Sonra isə atasının rəhbərliyi ilə qələbəyə yollarını addım-addım davam etdirdi. Abdulmanap Həbibi döyüşə hazırlayarkən hiss etsəydi ki, haradasa zəif yerləri var, başqa mütəxəssisə müraciət etməkdən çəkinməzdi. Bu səbəbdən Həbibin yumruqlarının möhkəmləndirməsi üçün onu Poltovaya – 1988-ci il Seul Olimpiadasına boks üzrə yığmanı hazırlaşdırmış məşqçinin yanına göndərir.

Rusiyanın patriotu 

2016-cı ildə Abdulmanapın ABŞ vizasının ləğvi onu daha da məşhurlaşdırdı. Üç illik vizası olmasına baxmayaraq, onu Rusiya bayrağı ilə meydana çıxdığı üçün cəzalandırdılar. Abdulmanap isə “necə olur ki, digər ölkələr öz bayrağı ilə rinqə çıxa bilir, biz yox” deyərək Kremlin idmana, xüsusilə samboya marağı olan sahibi Vladimir Putinin diqqətini çəkdi. Onun səmimi vətənpərvərliyi, yaşadığı ölkənin bayrağına hörməti Rusiyada böyük rəğbət topladı, Həbibə diqqəti daha da artırdı.

Həbibib 4 min nəfərlik toyu 

Həbibin toyunu da əvvəldən-axıra özü təşkil edib. “Kim istəyir, toya gəlsin” deyib. Restoranda sifariş verəndə “neçə nəfərlik süfrə açaq?” soruşublar. Abdulmanap “üç min nəfərlik”  deyib. Toyda, həqiqətən də, bütün Rusiyanın dörd bir tərəfindən, yaxın respublikalardan, hətta xaricdən təxminən 4 min nəfər qonaq iştirak edib. Səhər gün isə daha kompakt bir məclis təşkil edilib. “Cəmi 700 min rubl xərcim çıxdı” deyib Abdulmanap. Hamı təəccüblənib. O da belə izah edib ki, restoran qiymətdə hörmət edib, xərcin əsas hissəsini dostları üzərinə götürüb…

Müsəlman aləminin qələbə simvolu 

2018-ci ilin yazında isə Həbib bütün dünyada, xüsusilə də İslama sevgisi və bağlılığı ilə müsəlman aləmində ciddi rəğbətə imza atdı. Tərbiyəsiz irlandiyalı rəqibi Koner Maqreqorun təhqirləri qarşısında özünü əsl döyüşçü kimi apardı.

2018-ci ilin 6 oktyabrı. Məkan: Las-Veqas.  Həbib UFC 229 çərçivəsində irlandiyalı Konor Makqreqronu  4-cü hissədə qolunun altına saldı və boğucu fənd Maqreqronun sonu oldu. Rinqdə ara qarışsa da, Həbib onun titulunu ələ keçirdi.

“Atamdan sonra…” 

Atasının ölümündən bir müddət əvvəl jurnalistlər Həbibdən növbəti döyüşlərə məşqçi olmadan necə hazırlandığı soruşublar. Həbib belə cavab verib: “Mən hər gün məşq edirəm, səhər və axşam hazırlaşıram, çünki atamın məni yaxşı formada olmağımı istəyəcəyini bilirəm. Məşqdən gələndə onun yatağı yanında deyirəm: “Ata, səhər məşq etdim, axşam məşq edirəm, vəziyyətim yaxşıdır. Bu vaxt onun üzündə bir təbəssüm görünür… ”

Orxan ƏLİYEV,
Musavat. com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149235

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930