Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarıldı
Ağstafa Rayon İcra Hakimiyyətində kadr islahatları həyata keçirilib. “Report”un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Aydın Hacıyev tutduğu vəzifədən azad edilib.
Həmçinin İnformasiya təminatı və təhlili işləri sektorunun müdiri Leyla İsayeva da tutduğu vəzifədən azad edilib. Hər iki vəzifəyə yeni təyinat həyata keçirilməyib.
Qeyd edək ki, iyunun 25-də Aydın Hacıyevin qardaşı Babək Hacıyev narkotik maddə olan heroinlə saxlanmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=149648