Ordumuz Ermənistan ərazisinə girə bilər – Video

16.07.2020 - 12:36

Ermənistan Baş naziri Nikol Paşinyanın baş nazirlik dönəminin “uğurları” sırasında Azərbaycanla razılaşmalar nəticəsində atəşkəsin daha ciddi qorunmasını qeyd edirdilər. Ancaq indi ən neytral erməni ekspertləri də deyirlər ki, bundan sonrakı dövr Paşinyan üçün çox çətin olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc Real TV-nin “Real İntervu” proqramında qonaq olarkən deyib.

Zahid Oruc bildirib ki, Tovuz təxribatından sonra Ordumuzun Ermənistan ərazisinə daxil olmaq hüququ var:

“Türkiyə bu gün Suriyada mühüm əməliyyatlar həyata keçirir. Bunun adı belə qoyulur: “sərhəd bölgələrində əhalinin təhlükəsizliyinin təminatı” və “təhlükəsizlik qurşağının yaradılması”.

Azərbaycan Ordusunun da sərhəd boyunca ərazimizi qoruyarkən tamamilə hüququ var ki, həmin lokal ərazilərə keçid eləsin. Ordumuz əhalinin təhlükəsizliyinin təminatı üçün Tovuz, Qazax və hər hansı bir nöqtədən qarşı əraziyə keçid edib möhkəmlənə bilər. Bu proseslər dönəmində Azərbaycanın buna yetərincə hüququ var”.

Daha ətraflı videoda:

Short URL: http://www.cumhuriyyet.net/?p=150068

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31