Türk mediasından şok: Generala kim zəng edib, hərbçilərimiz hansı şəraitdə şəhid olub?

27.07.2020 - 00:19

“Azərbaycan zabitləri Türk və rus ənənələrinə görə yetişdirilir. Şəhid olan general, polkovnik və iki polkovnik-leytenant Türkiyədə oxumuşdular. Onların hamısı “Türk dostu”, hərbçilərin və xalqın sevdiyi şəxslər idi. 2016-cı ilin aprelində Talış bölgəsində baş verən toqquşmalarda göstərdiyi qəhrəmanlığa görə bir kazarmaya general-mayor Polad Həşimovun adı verilmişdi. Bu qəhrəmana dövlət bir ev hədiyyə etmişdi. Polad Həşimov nə etdi? O evi bir şəhid ailəsinə bağışladı. Gəlin, bu komandanı sevməyin, başınıza tac etməyin, hörmətlə yanaşmayın…”
Dominant.az xəbər verir ki, bu, Türkiyənin gündəlik 300 min satış tirajı olan “Sözcü” qəzetinin köşə yazarı, hərbi mövzulardakı dərin araşdırmaların müəllifi Saygı Öztürkün 26 iyuldakı “7 hərbçini kim şəhid etdi?” başlıqlı yazısından götürülüb. “Türk dostu” Polad Həşimovun şəhid edilməsinin onun Türkiyədəki dostlarını da məyus etdiyini qeyd edən Saygı Öztürk, şəhid edilməsindən 15 dəqiqə qabaq generalın telefonla danışdığını və onun yerinin müəyyənləşdirilməsində PUA-dan istifadə edilməsindən şübhələnildiyini açıqlayıb.
Saygı Öztürkə görə, general Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər 5 hərbçimizin şəhid edilməsində, daha doğrusu bu suiqəsddə Ankara Fransadan şübhələnir. “Azərbaycanın çox sevilən bu generalının qisası qısa müddətdə alınacaqdır. Çünki əsgərlər də xalq da bunu gözləyir. Dəfn mərasimində 27 ildən bəri Azərbaycan silahlı qüvvələri baş qərargahının rəisi olan komandana “Niyə hələ də gözləyirsiniz?”– şəklində reaksiya göstərildi”- sözləriylə bitən yazıda Türkiyənin təcrübəli köşə yazarının mühüm nöqtələrə işarə etməsi ölkədə böyük marağa səbəb olub.
Yazıdan öyrənirik ki, çoxu Türkiyədə təhsil almış general və zabitlərimizin Tovuz rayonu sərhədində şəhid olmalarından sonra bu faciəvi hadisəni yerində araşdırıb, lazımi raportları hazırlamaq üçün Ankara da bölgəyə öz hərbi mütəxəssislərini göndərib. General Həşimov və 6 hərbçinin zireh deşən mərmilərlə şəhid edildiyi və hədəfin öncədən müəyyənləşdirildiyi aşkar olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=150966

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930