Türkiyədə erməni əsilli müğənninin konserti ləğv olunub

27.07.2020 - 15:38

Türkiyənin Eskişehir şəhərində erməni əsilli müğənninin konserti ləğv olunub.

Trend-in məlumatına görə, Türkiyənin Eskişehir şəhərində erməni əsilli müğənni Levon Toposyanın iyulun 24-də “Mühtəlif” restoranının səhnəsində konsert verməsinin qarşısı alınıb.

Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın bildirib ki, iyulun 24-də şəhərin lüks restoranlarından birində erməni əsilli müğənni Levon Toposyanın çıxış edəcəyi xəbərini alan kimi sözügedən əyləncə məkanının rəhbərliyi ilə danışıqlar aparılıb. Restoran rəhbərliyinə təqdim olunan rəsmi müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədində xaincəsinə hərbi təxribatlar törətdiyi, nəticədə başda general-mayor Polad Həşimov olmaqla 12 azərbaycanlı hərbçinin şəhid olduğu, Əskişehir və Türkiyənin digər şəhərləri də daxil olmaqla dünyanın müxtəlif ölkələrində ermənilərin təcavüzkar siyasətinə etiraz aksiyalarının keçirildiyi və bütün bu hadisələrin dünya ictimaiyyətinin nəzərinə çatdırıldığı, erməni barbarların ABŞ-ın Los-Anceles, Belçikanın Brüssel, Fransanın Paris şəhərlərində dinc aksiyalar keçirən, Rusiyada isə ticarətlə məşğul olan azərbaycanlılara hücum etdikləri və müxtəlif dərəcəli xəsarət yetirdikləri barədə ətraflı məlumat verilib. Bundan sonra 24 iyul konserti və erməni əsilli müğənni ilə bağlanması planlaşdırılan uzun müddətli müqavilə ləğv olunub.

Eskişehir Azərbaycanlıları Dərnəyi həmvətənlərimizin adından bu təqdirəlayiq addıma görə restoran rəhbərliyinə təşəkkürünü bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=151057

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31