Sarqsyan Paşinyana ismarış göndərib

07.08.2020 - 14:32

“Keçmişə qayıdış olmayacaq, ancaq Ermənistan tarixinin 2018-ci ilin aprelindən başlamadığını da anlamalıyıq”.

“Report” xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan “Facebook” səhifəsindəki müraciətində bildirib.

“İrəliləmək üçün keçmişdəki məsələlərə aydınlıq gətirmək lazımdır”,- o deyib.

Sarqsyan koronavirusla bağlı fövqəladə vəziyyət rejiminin başa çatmasını və 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin aprel hadisələri ilə bağlı jurnalistlərlə görüşmək, mətbuat konfransı keçirmək istədiyini bildirib.

Mütəxəssislər vurğulayıblar ki, Sarqsyan keçmişin qayıtmayacağını deməklə Ermənistanın baş naziri Nikol Paşinyana ismarış göndərib. Çünki hazırda Sarqsyan külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunur və cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=151870

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31