Jerar Depardyenin müsəlmanlığı – “Bu fakt ermənilərdə olsaydı”…

19.09.2020 - 15:44

Sağlığında əfsanəyə çevrilmiş 71 yaşlı Jerar Depardye Fransanın tanınmış aktyorlarından biridir. Fransızlar onu ölkənin ən böyük dəyərləri sırasına daxil edib. Fəxrlə onu “Bizim ümummilli Depardyemiz” adlandırırlar. O, karyerası ərzində 180-dən çox filmdə çəkilib. Biznesmen kimi də fəaliyyətdədir. Özü də kifayət qədər varlı adamdır.

2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Jerar Depardyeyə Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalaması yadınızdadırmı?

Almaniyanın “nex24.news” saytı yazır ki, fransız aktyor Rusiya vətəndaşı olmaqla kifayətlənməyib, həm də ruslar kimi ortodoks xristian olmağa qərar verib. Bu məqsədlə də o, Fransanın paytaxtında yerləşən Aleksandr Nevski kafedral kilsəsinə gedib və rəsmən dinini dəyişərək ortodoks xristian olub. Almaniya saytı qeyd edir ki, bu xəbər Fransanın “Valeurs Actuelles”  jurnalında özünə yer alıb.

Fransa jurnalı qeyd edir ki, aktyor tezliklə iudaizmə keçəcəyini də bildirib. Qeyd edib ki, yəhidilərin dini daha çox islama yaxındır.
Fransız jurnalı xatırladıb ki, Jerar Depardye 1970-ci illərdə islamı qəbul edib və 2 il ərzində müsəlman olub. Bu məsələ ilə bağlı aktyor 2016-cı ildə verdiyi müsahibələrin birində belə deyir: “70-ci illərdə 2 il ərzində müsəlman oldum. Gündə 5 dəfə namaz qılmaq çox çətin idi, üstəlik donuz əti yeməkdən də imtina etmişdim”.

 

Von: apa

 

O, xristianlıqdan islama keçməsinin səbəbini Misirli xanım müğənni Oum Kalthouma (1898-1975) olan sevgisi ilə izah edib. “Şərqin ulduzu” ləqəbi ilə tanınan müğənninin 80 milyondan çox səs yazısı satılıb. O, həm də “Misirin dördüncü piramidası” kimi şöhrət tapmışdı.

Jerar Depardye Türkiyə vətəndaşlığı almaq istəyir - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Xatırladım ki, Jerar Depardye 2010-cu ildə Azərbaycanda olub. O, Aleksandr Dümanın Azərbaycana səyahəti haqqında filmdə Düma rolunda oynamaq arzusunu dilə gətirib.

Təbliğat baxımından bu filmin Qərbdə doğuracağı təsiri təsəvvür etmək o qədər də çətin deyil. Nə yazıq ki, Azərbaycanda bu kimi möhtəşəm ideyalar tezliklə yaddan çıxıb, gedir. Ancaq nahaq yerə.

Aleksandr Düma (oğul) — Vikipediya

 “Üç muşketyor” və “Qraf Monte Kristo” kimi klassik əsərlərin müəllifi olan yazıçı Aleksandr  Düma 1858-1859-cü illərdə Qafqaza səfəri zamanı Azərbaycanda da olub.

Bakının canişini Piquliyevskinin evində qonaq olan Aleksandr Düma orada  Xurşudbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyev, Natavanın anası Bədircahan bəyimlə tanış olur. Fransız yazıçısı Azərbaycan şairəsi ilə şahmat oynayır. Xan qızı Dümanı  mat  edir.

Fransız yazıçısı “Qafqaz” əsərində həmin görüşü belə təsvir edir: “İki azərbaycanlı qadından biri Qarabağın sonuncu xanı Mehdiqulu xanın arvadı, o biri isə qızı idi. Anaya qırx, qızına iyirmi yaşdan artıq vermək olmazdı. Hər ikisi milli geyimdə idi. Qız zəngin olan milli geyimdə füsunkar görünürdü.

Üç-dörd yaşlı, eynilə anası kimi geyinmiş balaca qız uşağı iri, qara gözlərini təəccüblə bizə zilləyərkən beş-altı yaşında bir oğlan uşağı nənəsinin qucağına sıxılmışdı və təsadüfən, yaxud qeyri-ixtiyari olaraq əli ilə xəncərinin dəstəyindən tutmuşdu.

Tiyəsinin dalı-qabağı – hər iki tərəfi kəsən ülgüc kimi iti, həqiqi bir xəncəri fransız qadını heç vəchlə öz uşağının əlinə verməzdi, ancaq bu, azərbaycanlı qadınının öz uşağına verdiyi bir oyuncaq idi”.

Hurşidbanu Natevan - Vikipedi

Dümanın Qafqaza səyahətindən və Natəvanla görüşünə Azərbaycanda maraq həmişə böyük olub. Məmməd Rahimin «Natəvan» poeması, yazıçı  İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” pyesi və bəstəkar Vasif Adıgözəlovun “Natəvan” operası məhz bu görüşdən bəhs edir.  Rəssam Çingiz Mehdiyevin “Xurşudbanu Natəvan və Aleksandr Dümanın şahmat oyunu” əsəri də var. 1960-cı ildə isə Bakıda Xurşidbanu Natəvana heykəl qoyulub.

Qafqaz türklərindən (qumuq) olan Xasay xan Usmiyevin məktubu haqqında isə yazıçı belə yazır: “Bir saat sonra ondan kiçik bir məktub aldım. Fransızca mükəmməl tərtib olunmuş bu kiçik məktubda aşağıdakı sözlər yazılmışdı: “Müsyö, sizin çox gözəl silahlarınız vardır, odur ki bu kolleksiyanıza nəsə əlavə etməyə cəsarətim çatmadı; ancaq xanımım bir pul kisəsini və iki arxalığı qəbul etmənizi xahiş edir. Pul kisəsinin naxışlarını xanımım öz əlləri ilə işləmişdir. İmza: knyaz Xasay Usmiyev”.

Bu hədiyyənin qarşılığında A. Düma Xan qızına fil sümüyündən hazırlanmış şahmat bağışlamışdır. Sonradan Natəvanın nəslindən olan şəxslər həmin şahmatı Nizami adına ədəbiyyat muzeyinə təqdim edib.

Xasay xanın fransızca mükəmməl yazması isə təsadüfi deyildi. O, 17 yaşında Fransada hərbi təhsil almışdı. Qafqazın nüfuzlu ailəsindən olan Xasay hələ balaca olarkən Rusiyaya aparılıb. O vaxt çar Rusiyasının siyasəti belə idi. Nüfuzlu ailələrin uşaqları bir növ girov kimi saxlanılırdı. Onlara hərbi təhsil verilirdi və onlardan Qafqaz xalqlarının ram edilməsi üçün istifadə olunurdu.

Onu da deyək ki, Xasay xanın böyük bacısı Tuti Bikə İsmayıl bəy Qutqaşınlının xanımı idi.

Tarixi mənbələr bildirir ki, 1885 –ci ildə şairəyə böyük bədbəxtlik üz verdi – onun Mir Abbas adlı oğlu 17 yaşında tuperkulyozdan öldü. Natəvan dərin kədərə qərq oldu və həyata olan bütün marağını itirdi. O, 1897-ci ildə vəfat etdi və Ağdamda “İmarət” qəbiristanlığında dəfn olundu.

Xasay xanın da həyatı faciə ilə yekunlaşdı. Çar Rusiyasının generalı olan bu şəxs rusların Qafqazı ruslaşdırmaq üçün buraya kazakları və erməniləri köçürməsinə etiraz etdi və elə buna görə də bütün torpaqları əlindən alındı. O, Qumuq dairə rəisi Frans Voekova 1866-cı ilin aprelində yazdığı ərizələrdə Türkiyəyə köçüb yaşamasına izn istəyir. O vaxt Qafqaz xalqları Rusiyanın yeritdiyi müstəmləkəçilik siyasətinə etiraz olaraq axın-axın Türkiyəyə (Osmanlı) gedirdi. Çar generalının Türkiyəyə getməsinə yol vermək olmazdı. Bəlkə də elə bu səbəbdən Xasay xan müəmmalı şəkildə öldürülür.

Bu tarixçəni ona görə xatırlatdım ki, bizim əlimizdə asanlıqla ərsəyə gətiriləcək mükəmməl bir ssenari var. Ən önəmlisi odur ki, bu ssenaridə Aleksandr Düma yer alır. Və bütün dünyanın tanıdığı bu möhtəşəm yazıçının üzərindən Dağlıq Qarabağ və onun tarixi mavi ekrana daşınır. Üstəlik,  Qərbdə son dərəcə sevilən Jerar Depardye Aleksandr Düma rolunu oynamaq istəyir. Amma “Neft və Milyonlar səltənətində” bu filmin çəkilməsi üçün real iş görən yoxdur. Mən ona da əminəm ki, əgər ermənilərin əlində belə bir tarixi material olsaydı, “ac və zavallı Ermənistan” həmin filmi çoxdan çəkmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154553

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930