Şok iddia: jurnalisti Fazil Mustafa tutdurub
Bir müddət əvvəl Avropa.info-nun baş redaktoru Ruslan Bəşirli ilə üz-üzə
gələn və buna görə, polisə verilən, özünü В«Hizbullah QalibunВ»
təşkilatının Azərbaycandakı rəhbəri kimi təqdim edən Namiq Həşimzadə
yanvarın 8-də həbs olunub. Bu barədə məlumat
Facebook sosial şəbəkəsində yayımlanıb.
Həmin məlumatda Namiq Həşimzadəyə qarşı konkret hansı ittihamın irəli
sürüldüyü məlum deyil. Həmçinin o da məlum olub ki, həbs olunan dindar
cəza çəkdiyi Şüvəlan təcridxanasından məktub göndərib. Və bunu sosial
şəbəkələrdə paylaşıblar. Həmin məktubda zülmə qarşı mübarizədən, vəhdət
bayrağı altında birləşmədən bəhs olunur.
Bu əsnada sosial şəbəkələrdə Namiq Həşimzadənin həbsinin sifarişli
olduğuna dair də iddialar yayılıb. Həmin iddialarda В«Hizbullah
QalibunВ»un Azərbaycandakı rəhbəri kimi təqdim olunan dindarın deputat
Fazil Mustafanın sifarişi əsasında həğs edildiyi vurğulanır. Və bunun
üçün iki səbəb göstərilir.
Birinci səbəb: Fazil Mustafa Milli Məclisin iclasında Namiq Həşimzadənin
məsələsini qaldırmışdı və onun kimilərin həbs olunmasını istəmişdi.
İkinci səbəb: Namiq Həşimzadə ilə Fazil Mustafa sosial şəbəkələrdəki
disskussiyaya çıxıblar və deputat onun sualları qarşısında aciz qalıb.
Hətta bundan sonra millət vəkili onun haqqında müxtəlif mənfi fikirlər
yazanlara qarşı sərt tədbir görəcəyini bəyan etmişdi.
Xatırladaq ki, deputat Fazil Mustafanın adı son günlər başqa bir
qalmaqalla da gündəmə gəlib. Onun Babək haqqında səsləndirdiyi fikirlər
sərt təpki və tənqidlərlə üzləşmişdi. (JAM.az)
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=15922