cumhuriyyet.net
Ramos əməliyyat olundu • Cumhuriyyət
“Real”ın kapitanı Serxio Ramos əməliyyat olunub. Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi dizindəki problemlərlə əlaqədar cərrahi müdaxiləyə ehtiyac duyub. Ramosun əməliyyatının uğrulu keçdiyi bildirilsə də, onun dəqiq nə vaxt sıraya dönəcəyi açıqlanmayıb. İspaniya mətbuatı Ramosun azı iki ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.
nesimi