Həbsdə olan partiya sədrinin şikayəti üzrə məhkəmənin vaxtı məlum olub

03.02.2022 - 20:37
Xüsusi ittiham qaydasında həbs edilən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Bu barədə APA-ya onun vəkili Cavad Cavadov deyib.

O bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə məhkəmənin ilkin baxış iclası fevralın 11-ə təyin edilib.

Xatırladaq ki, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, Ə.Əliyev barəsində 5 ay həbs cəzası verilib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli helikopterinin Xızı ərazisində qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Ə.Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə veriblər.

Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” yutub kanalında çıxışı zamanı yaralıların DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən öyrədilməsi, zərərçəkmişlərin helikopterdə olmamaları, zərərçəkmişləri ağır cinayətin törədilməsində ittiham etməsi, helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir.

Onlar məhkəməyə Ə.Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət ediblər. Şikayət ərizəsində Ə.Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=170069

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728