Köçəryan yeni prezidentin rahib olmasını İSTƏYİR
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan prezidentliyə namizədlə bağlı təklif irəli sürüb.
Modern.az xəbər verir ki, o, bu barədə bu gün keçirdiyi mətbuat konfransında çıxış edib.
Eks-prezident hesab edir ki, Erməni Apostol Kilsəsinin nümayəndələrindən biri dövlət başçısı postuna ən yaxşı namizəd ola bilər:
“Mənim bir təklifim var və bunu mətbuat konfransında açıqlamağa hazıram. Əgər biz milli maraqları rəhbər tutan qərəzsiz bir prezidentin olmasını istəyiriksə, ən yaxşı variant Erməni Apostol Kilsəsinin hörmətli yepiskoplarından biri olardı. Bu təklifi nəzərdən keçirin”.
Qeyd edək ki, Ermənistanın eks-prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb. Əsas səbəb kimi o, dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib. Hakim “Mülki müqavilə” partiyası prezidentliyə yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=170789