Nizaməddin Quliyevin 600 min manatlıq əmlakı üzərindən həbs götürülüb – SİYAHI
Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevin əmlakları üzərinə qoyulmuş həbs götürülüb.
Musavat.com xəbər verir ki, APA həmin əmlakların siyahısını əldə edib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə cinayət işinə bəraətverici əsaslarla xitam verilmiş sabiq icra başçısının üzərindən həbs götürülmüş əmlakları aşağıdakılardır:
Goranboy rayonu, Aşağı Ağcakənd kəndində bazar dəyəri 20 800 manat olan 0,08 ha torpaq sahəsi;
Goranboy şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən orta bazar dəyəri 143 min manat olan qeyri-yaşayış binası;
Goranboy rayonu, Heydər Əliyev prospekti 106 ünvanında yerləşən orta bazar dəyəri 330 395 manat olan qeyri-yaşayış binası;
Goranboy şəhəri, V. Bayramov küçəsində yerləşən orta bazar dəyəri 121 000 manat olan daha bir qeyri-yaşayış binası.
Xatırladaq ki, sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya əlamətləri aşkar olunaraq COVID-19 infeksiyasına yoluxma diaqnozu təyin edilib və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib.
Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən N.Quliyev orada vəfat edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=171057