Bu qidalar insana xoşbəxtlik gətirir
Özünüzü pis hiss etdiyiniz zaman hücum etdiyiniz qidaları düzgün seçsəniz, vücudunuz xoşbəxtlik hormonu ifraz etməyə başlayacaq! Şokolad: Stressin bir nömrəli düşməni. Özünüzü pis hiss edirsinizsə, dərhal bir parça şokolad yeyin. Şokoladdan çox az yemək belə kifayətdir. Çünki xoşbəxtlik hormonu “seratonin” anında beyində dövr edir.
Cumhuriyyet.az türk mediasına istinadən insanı xoşbəxt edən digər qidaların siyahısını təqdim edir:
Dondurma: Çox yeyilirsə kökəldir, az yeyildikdə isə xoşbəxtliyə xoşbəxtlik qatır.
Makaron: Çox ağır souslarda yeyilmədiyi müddətcə enerji verən və sizi xoşbəxt edən qidalar arasındadır. Hazırlamaq asandır. Xüsusilə yalnız salatla yeyilərsə, kökəltmir.
Çörək: Buğda çörəyi də sıxıntıları unutdurur.
Fıstıq: Çox yağlıdır, amma insanları xoşbəxt edir. Roma İmperiyasının zamanında “Tanrı yeməyi” adlandırılan püstənin xolesterini aşağı saldığı və infarkt riskini azaltdığı deyilirdi.
Çiyələk: C vitamini ilə zəngindir. Çiyələk orqanizmə gənclik və güc verir. Yüksək təzyiqi aşağı salır və damarları təmizləyir. Xərçəngdən qoruyur, böyrəkdə qum və daş əmələ gəlməsinin qarşısını alır.
Banan: Qoxusu ilə belə xoşbəxtlik daşıyan tam bir Endofrin deposudur. Özünüzü zəif və əsəbi hiss edirsinizsə, dərhal banan yeyin.
Portağal: C və B vitaminləri ilə zəngin olan portağal insanlara dinamizm verir. Vitamin C nazik və qalın damarların yumşaq olmasına kömək edir. Bədəndəki müqaviməti artırır.
Yeganə
Short URL: http://www.cumhuriyyet.net/?p=172140