Türkiyənin ən zəngin adamları onlardır

08.04.2022 - 13:44

ABŞ-ın “Forbes” jurnalı 2022-ci ildə dünyanın ən varlı adamlarının siyahısını açıqlayıb. Siyahıda qardaş Türkiyənin ən zəngin 10 iş adamının adı yer alıb.

Modern.az “Forbes”ə istinadən xəbər verir ki, dünyanın ən varlı adamı 219 milyard dollarlıq sərvətə sahib olan “Tesla”nın qurucusu İlon Masdır.

Türkiyənin isə ən zəngin iş adamlarının siyahısını təqdim edirik:

Murat Ülkər

Murat Ülkər Türkiyədə 4,7 milyard dollarlıq sərvətlə “ən zəngin insanlar” siyahısında birinci olub. 2020-ci ildə sərvəti 6,3 milyard dollar olan Ülkər dünya reytinqində 421-ci yerdən 601-ci sıraya düşüb.

Ferit Şahen

Türkiyənin ən zəngin adamları siyahısında ikinci yeri 2,4 milyard dollarlıq sərvətə sahib olan Ferit Şahenk tutub. 2021-ci ildə 3 milyard dollarlıq sərvətə sahib olan Şahenk 2022-ci il siyahısında 1292-ci yerdə qərarlaşıb.

Hamdi Ulukaya

O, Türkiyənin ən zəngin adamları siyahısında 3-cü yerdə qərarlaşıb. ABŞ-dakı qida sektorunun nəhənglərindən biri olan Hamdi Ulukaya 2,4 milyard dollarlıq sərvətlə “Forbes”in ən zəngin türklər siyahısında 3-cüdür. “Forbes”in məlumatına görə, onun sərvəti 2014-cü ildə 1,92 milyard dollar olub.

Erman Ilıcak

“Rönesans Holding”in sədri Erman Ilıcak 2,3 milyard dollarlıq sərvətlə siyahıda dördüncü yerdədir. 1993-cü ildə qurduğu “Rönesans Holding” şirkəti Rusiya, İsveçrə, Almaniya, Niderland, Qazaxıstan, Türkmənistan və Qətər kimi ölkələrdə fəaliyyət göstərir.

Filiz Şahenk

Filiz Şahenk “Doğuş Holding”in qurucusu, mərhum iş adamı Ayhan Şahenkin qızıdır. 2,2 milyard dollar sərvəti olan Filiz Şahenk adını “Filiz Pasta” brendinə verib. Şahenk eyni zamanda “Ayhan Şahenk Vəqfi”nin də vitse-prezidentidir.

Sezai Bacaksız

Nihat Özdemirlə birlikdə “Limak Holding”in qurucu ortağı olan Sezai Bacaksız 1,9 milyard dollarlıq sərvətə sahibdir və ən zəngin türklər siyahısında 6-cı yerdədir. “Forbes”in siyahısında 1579-cu sırada olan Sezai Bacaksız 2,3 milyard dollar sərvətilə 2021-ci il üçün “Forbes” milyarderlər siyahısında 1362-ci olub.

Nihat Özdemir

Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verən “Limak Holding”in qurucu ortağı Nihat Özdemir 1,9 milyard dollarlıq sərvətə sahibdir. O, Sezai Bacaksızdan sonra zəngilərin siyahısında 7-ci yerdə qərarlaşıb.

İbrahim Erdemoğlu

İbrahim Erdemoğlu “Forbes” jurnalının Türkiyənin ən zəngin adamları siyahısında 8-ci yerdə qərarlaşıb. “Erdemoğlu Holding”in rəhbəri, “Merinos Halı” və “Dinarsu Halı”nın rəhbəri İbrahim Erdemoğlunun sərvətinin 1,8 milyard dollar olduğu açıqlanıb.

Semahat Sevim Arsel

1928-ci ildə Ankarada doğulan Semahat Sevim Arsel Vehbi Koç və Sadberk xanımın böyük övladıdır. Arsel 1,6 milyard dollarlıq sərvətlə Koç ailəsindən 10 ən zəngin türk siyahısında yer alan yeganə şəxsdir.

Həmdi Akın

Dünyanın bir çox yerində hava limanı operatoru və podratçısı olan Həmdi Akın 1,5 milyard dollarlıq sərvətilə Türkiyənin ən zəngin iş adamlarının siyahısında 10-cu sırada yer alıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173115

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930