Rus əsgərləri üsyana qalxdı: “Ac-susuz qalmışıq”

03.06.2022 - 18:03

Ukraynada müharibə başlayandan bəri ac və dərmansız olduqlarını deyən rus əsgərləri kameralar qarşısına keçərək Prezident Vladimir Putinə qarşı üsyan qaldırıblar.

 

Cumhuriyyet.az xəbər verir ki, sosial mediada geniş əks-səda doğuran videoda bölük komandiri əsgərləri ölümə göndərdiklərini deyib.

 

Məlumata görə, rus əsgərləri etiraza qoşularaq, Ukraynada yaşadıqları bəlalardan şikayətlənir, əmrlərə tabe olmur və silahlarını yerə qoyaraq döyüşdən qaçırlar.

 

Dünya mətbuatı rus əsgərlərinin səs yazılarını dəfələrlə yayıblar, lakin bu dəfə əsgərlər öz istəkləri ilə kamera qarşısına keçərək Putinə səsləniblər.

Teleqram kanallarında yayımlanan görüntülərdə separatçı Donetsk Xalq Respublikasının 113-cü atıcı alayından olduqlarını bildirən əsgərlər döyüşmək üçün Ukraynaya göndərildiklərini, lakin soyuqda aylarla dərmansız və yeməksiz qaldıqlarını bildiriblər.

 

Əsgərlərin lazımi avadanlıq və tibbi xidmətlə təmin olunmadığını deyən bölük komandiri heç bir halda hərbi xidmətə çağırılmamalı olan xroniki xəstələrin də müharibəyə məcburi aparıldığını etiraf edib.

 

“113-cü atıcı alayın 5-ci piyada batalyonu Ukraynanın Xerson vilayətində ön cəbhədə idi. Həmin vaxt şəxsi heyət soyuq və aclığa qalib gəldi, biz maddi yardım, tibbi ləvazimat və yeməksiz döyüşə bildik. Bizim batalyonda elə adamlar var ki, Donetsk Xalq Respublikasının qanunlarına görə əsgərliyə getməli deyillər. Xroniki xəstəlikləri, psixi problemləri olan insanlar var. Zabitlərinizə hörmət edin. Əsgərlərinizi ölümə göndərməklə nə əldə etmək olar?”, – videomüraciətdə deyilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=176188

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930