Azərbaycanda neçə albinos var?

13.06.2022 - 16:27

“Azərbaycanda albinizmdən əziyyət çəkənlərin statistikası aparılmır”.

 

Cumhuriyyet.net xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti dermatoveneroloq Vahid Mahmudov bildirib.

 

O albinizmin irsi xəstəlik olduğunu qeyd edib:

 

“Təxminən 17 min nəfərdən biri məhz bu nadir rast gəlinən xəstəliklə doğulur. Albinos insanların dərisi ultra bənövşəyi şüalara qarşı həssas olduğundan onlarda dəri yanıqları və xərçəngə yoluxma riski yüksək olur. Belə insanların ailə qurmasında heç bir problem görülmür”.

 

Nazirlik rəsmisinin sözlərinə görə, patologiyanı hamiləlik vaxtı aşkara çıxrmaq mümkün deyil:

 

“Ancaq ailədə albinizm olan biri varsa, valideynlərin birinin geni vasitəsilə hamiləlik vaxtı testin aparılması mümkün ola bilər. Əgər evli cütlüklərin biri albinizm daşıyıcı olarsa, uşağın albinos olması ehtimalı 25 %-dir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=176684

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930