Meymunçiçəyilə bağlı son araşdırmaların NƏTİCƏSİ

25.06.2022 - 16:40

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar komitəsi meymunçiçəyi xəstəliyinin risk səviyyəsini müəyyən etmək üçün ilk iclasını keçirib.

Cumhuriyyet.az  xarici KİV-lərə istinadən xəbər verir ki, təşkilatın yaxın günlərdə virusla bağlı məlumat verəcəyi açıqlanıb.

İyunun 9-dək ABŞ-ın 15 ştatında aşkar edilmiş 45 halla bağlı işlərə başlayan Amerika Tibb Assosiasiyasının araşdırmasının nəticələri də JAMA jurnalında dərc olunub.

Nəticələrə görə, meymunçiçəyi virusu cinsi yolla ötürülüb. Nigeriyada qeydə alınan yüzlərlə meymunçiçəyi yoluxması araşdırılıb və bununla bağlı açıqlanan hesabatda xəstəliyin kişilərin cinsiyyət orqanlarında yaralar şəklində meydana çıxdığının aşkar edildiyi qeyd edilib.

Virusun cinsi əlaqə yolu ilə insandan insana keçə biləcəyinə diqqət çəkən araşdırmada xəstəliyə nəzarət edilməsi üçün xaricdən görünən yaraların yoxlanmasından əlavə, eyni zamanda cinsiyyət orqanlarının və cinsi sağlamlıq müayinələrinin də əhəmiyyəti vurğulanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=177483

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031